14 May 2026

Texnologiya sahəsində inkişaf etmək istəyən qadınlar üçün yeni imkan yaradılıb. Bir ekosistemi tərəfindən həyata keçirilən “Ctrl is hers” texnologiyada karyera inkişaf proqramına müraciətlər başlayıb.
Proqramın əsas məqsədi qadınların texnologiya sahəsində daha aktiv iştirakını dəstəkləmək, onların rəqəmsal sahələrdə öz yerlərini tapmasına və karyera qurmasına kömək etməkdir.
“Ctrl is hers” proqramı data analitikası, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt, bulud texnologiyaları və digər rəqəmsal istiqamətlər üzrə inkişaf etmək istəyən qadınlar üçün nəzərdə tutulub.
Proqrama:
Namizədlərdən Azərbaycan dilini səlis, ingilis dilini isə minimum B2 səviyyəsində bilmələri gözlənilir. Bundan əlavə, texnologiya sahəsində baza bilikləri və praktik maraq üstünlük hesab olunur.
Proqram çərçivəsində iştirakçılar aşağıdakı istiqamətlər üzrə inkişaf edə biləcəklər:
Bundan əlavə Python, JavaScript, Java, Go, SQL, Git və REST API kimi texnologiyalar üzrə baza bilikləri olan namizədlər üçün proqram daha uyğun hesab edilir.
“Ctrl is hers” proqramı 3 mərhələdən ibarətdir:
Hər mərhələdə iştirakçıların həm texniki bilikləri, həm də analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarıqları qiymətləndiriləcək.
Proqram müddətində iştirakçılar həm texniki, həm də yumşaq bacarıqlar üzrə müxtəlif təlimlərdə iştirak edəcək, real iş mühitinə uyğun təcrübə qazanacaqlar.
Yüksək nəticə göstərən iştirakçılar üçün Bir ekosistemi daxilində:
“Ctrl is hers” proqramına müraciətlər 23 may 2026-cı il tarixinədək davam edəcək.
Müraciət etməzdən əvvəl careers.bir.az platformasında qeydiyyatdan keçmək tələb olunur. Proseslə bağlı suallar isə [email protected] elektron poçt ünvanına göndərilə bilər.
Qoşulmaq üçün: https://www.work.az/tedbirler/ctrl-is-hers