Bu İstifadəçi Razılaşması Work.az platformasından istifadə qaydalarını və şərtlərini müəyyən edir.
Work.az – internet şəbəkəsində yerləşən karyera və vakansiya platformasıdır. Platforma işəgötürənlərin vakansiya yerləşdirməsi, namizədlərin CV paylaşması və istifadəçilərin karyera ilə bağlı xidmətlərdən istifadə etməsi üçün yaradılmışdır.
Platformadan istifadə edən hər bir şəxs bu Razılaşmanın şərtlərini qəbul etmiş hesab olunur.
Work.az Administrasiyası platformanın idarə olunması, texniki dəstəyi və xidmətlərin göstərilməsini həyata keçirir.
İstifadəçi – Work.az saytında qeydiyyatdan keçmiş və ya qeydiyyatsız şəkildə platformadan istifadə edən fiziki və ya hüquqi şəxsdir.
Şəxsi kabinet – istifadəçinin Work.az platformasında yaratdığı və şəxsi məlumatlarını, CV-lərini, vakansiyalarını və digər parametrlərini idarə etdiyi bölmədir.
Work.az istifadəçilərə aşağıdakı xidmətləri təqdim edir:
Elan (vakansiya, tədir, tapşırıq, xidmət) yerləşdirmə
CV yerləşdirmə və paylaşma
kurs və karyera inkişafı xidmətləri
tədbir və karyera imkanlarının paylaşılması
Work.az platforması istifadəçilər arasında bağlanan əmək və ya xidmət müqavilələrinin tərəfi deyil və bu müqavilələrə görə məsuliyyət daşımır.
İstifadəçi yerləşdirdiyi bütün məlumatların doğru və aktual olmasına görə məsuliyyət daşıyır.
Vakansiya və ya digər elan yerləşdirən istifadəçi aşağıdakıları təmin etməlidir:
elan qanunvericiliyə uyğun olmalıdır
diskriminasiya xarakterli ifadələr olmamalıdır
iş şərtləri və əmək haqqı barədə yanlış məlumat verilməməlidir
Work.az Administrasiyası aşağıdakı hallarda elanları silmək və ya redaktə etmək hüququna malikdir:
yanlış və ya aldadıcı məlumat yerləşdirildikdə
qanunvericiliyə zidd məzmun olduqda
istifadə qaydaları pozulduqda
Work.az platformasında aşağıdakı fəaliyyətlər qadağandır:
saxta və ya aldadıcı vakansiyalar yerləşdirmək
işə düzəltmə məqsədi ilə istifadəçidən ödəniş tələb etmək
spam və ya reklam xarakterli məzmun paylaşmaq
başqa istifadəçilərin şəxsi məlumatlarını icazəsiz istifadə etmək
platformanın texniki işinə müdaxilə etmək
avtomatlaşdırılmış proqramlar və botlar vasitəsilə məlumat toplamaq
İstifadəçi tərəfindən yerləşdirilən məlumatlar aşağıdakı xüsusiyyətlərə malik olmamalıdır:
təhqir və böhtan
qanunsuz fəaliyyətə çağırış
ekstremizm və nifrət çağırışları
pornoqrafik və ya etik normalara zidd məzmun
Work.az platformasında əlavə pullu xidmətlər təqdim edilə bilər, o cümlədən:
elan (vakansiya,tədbir, tapşırıq, xidmət) yerləşdirilməsi,
elanı premium etmək,
CV hazırlamaq,
kurs almaq,
reklam və banner xidmətləri
kurs və karyera xidmətləri
Xidmətlərin qiymətləri platformanın müvafiq bölmələrində göstərilir.
Ödəniş edilmiş xidmətlər istifadəçi tərəfindən qaydaların pozulması səbəbilə silinərsə, ödəniş geri qaytarılmaya bilər.
Work.az istifadəçilərə aşağıdakı kanallar vasitəsilə bildiriş göndərə bilər:
SMS
platforma daxilində bildirişlər
Bu bildirişlər aşağıdakı məlumatları əhatə edə bilər:
yeni vakansiyalar
karyera xəbərləri
platforma yenilikləri
reklam və marketinq mesajları
İstifadəçi istədiyi zaman bildirişləri deaktiv edə bilər.
Work.az platforması istifadəçilərə vakansiya və karyera imkanlarını paylaşmaq üçün texnoloji alət təqdim edir.
Platforma aşağıdakılara görə məsuliyyət daşımır:
vakansiya məlumatlarının doğruluğu
işə qəbul prosesinin nəticəsi
istifadəçilər arasında bağlanan müqavilələr
Work.az istifadəçilər tərəfindən yerləşdirilən məzmunu əvvəlcədən yoxlamaq öhdəliyi daşımır.
İstifadəçilər platformadan istifadə zamanı öz risklərini qəbul etmiş sayılır.
Work.az aşağıdakı hallarda istifadəçi hesabını bloklaya və ya məhdudlaşdıra bilər:
istifadə qaydalarının pozulması
saxta məlumatların yerləşdirilməsi
spam fəaliyyətləri
digər istifadəçilərin hüquqlarının pozulması
Work.az Administrasiyası bu Razılaşmanı istənilən vaxt dəyişdirmək hüququna malikdir.
Yeni dəyişikliklər saytın müvafiq səhifəsində dərc edildiyi andan qüvvəyə minir.