25 May 2026

4SİM rəqəmsal iqtisadiyyat sahəsində inkişaf etmək istəyən tələbə və yeni məzunlar üçün 3 aylıq yay təcrübə proqramına start verir. Proqram çərçivəsində iştirakçılar həm nəzəri biliklərini inkişaf etdirmək, həm də real layihələrdə praktiki təcrübə qazanmaq imkanı əldə edəcəklər.
Yay təcrübə proqramı hibrid formatda təşkil olunacaq və müxtəlif texnologiya, marketinq və analitika istiqamətlərini əhatə edəcək. Təcrübə proqramında iştirak etmək istəyən namizədlər aşağıdakı sahələr üzrə müraciət edə bilərlər:
• Mobil tətbiq tərtibatı – SwiftUI, Kotlin, C#, .NET, PostgreSQL
• İT layihə koordinatorluğu
• Frontend tərtibatı – HTML, CSS, JavaScript, TypeScript, React, Git
• Data analitikası – Power BI, Python, Web Scraping, ETL
• SMM – Photoshop, Canva
• Layihələrin hesabatlılığı
• Kontent yaradıcılığı və rəqəmsal marketinq
• Tədqiqat və analitika
• Ümumi bacarıqlar – problem həll etmə, analitik düşüncə, çeviklik və Microsoft Office bilikləri
Tədqiqat və analitika istiqaməti üzrə müraciət edən namizədlərdən tədqiqat metodologiyası, məlumat mənbələrinin qiymətləndirilməsi, analitik təhlil və İngilis dili üzrə minimum B2 səviyyəsində bilik tələb olunur.
Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçılara sertifikat təqdim ediləcək. Seçilmiş namizədlərlə 4SİM tərəfindən əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 8 iyun 2026-cı il.
Müraciət üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLScNynB4B3z1mcZWGpMaD57Mv0-6kJb1N14WuuAdZvczaRApEg/viewform