10 İyun 2026

Atəşgah Sığorta Şirkəti hüquq sahəsində karyera qurmaq istəyən tələbələr üçün Yay Təcrübə Proqramını elan edib. Proqram hüquq ixtisası üzrə təhsil alan gənclərə real iş mühiti ilə tanış olmaq, nəzəri biliklərini praktikada tətbiq etmək və peşəkar təcrübə qazanmaq imkanı yaradır.
Təcrübə proqramı çərçivəsində iştirakçılar hüquqi sənədlərin hazırlanması prosesində iştirak edəcək, müxtəlif hüquqi araşdırmalar aparacaq, müqavilə və digər hüquqi sənədlərin təhlilinə dəstək göstərəcəklər. Eyni zamanda onlar təcrübəli hüquqşünaslarla birlikdə işləmək və peşəkar biliklərini inkişaf etdirmək şansı əldə edəcəklər.
Proqrama hüquq ixtisası üzrə bakalavr və ya magistr pilləsində təhsil alan tələbələr müraciət edə bilərlər. Namizədlərdən hüquq sahəsinə yüksək maraq, analitik düşünmə və araşdırma bacarığı, Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət qabiliyyəti tələb olunur. MS Office proqramlarında işləmək bacarığı isə üstünlük hesab edilir.
Təcrübə proqramının müddəti 2-3 ay nəzərdə tutulub. Qeyd edək ki, proqram ödənişsizdir və əsas məqsədi iştirakçılara peşəkar bilik və praktiki təcrübə qazandırmaqdır.
Hüquq sahəsində inkişaf etmək və gələcək karyerası üçün dəyərli təcrübə əldə etmək istəyən tələbələr proqramdan yararlana bilərlər.
Müraciət etmək üçün: https://vrk.az/7V1pxi8n