26 May 2026 | Marketinq

Adam kimi adam Adam Nowakowski ilə olduqca məhsuldar görüşdə iştirak etdim.
Alqoritmlərin hər saniyə dəyişdiyi, süni intellektin reklam idarəçiliyini tamamilə avtomatlaşdırdığı bir dövrdə biz marketoloqların ağlında tək bir sual var: “Al hər şeyi edirsə, bizim fərqimiz və əsl performans dəyərimiz nə olacaq?”
Meta komandasının təqdim etdiyi qlobal hesabatlar və daxili datalar sübut edir ki, hədəfləmə, büdcə optimizasiyası və texniki sazlamalar artıq süni intellektin tam nəzarətindədir. Yeni dövrdə rəqabət üstünlüyü qazanmağın yeganə yolu Creative Diversity və Authenticity sinergiyasını düzgün qurmaqdır.
Bu məqalədə, həmin mühüm görüşdən çıxardığım, strategiyalarınızı kökündən dəyişdirəcək ən kritik məqamları və tətbiqi keyslərini bölüşürəm.
1. İnsan beyninin mobil reklama reaksiya vermə sürəti nə qədərdir, bilirsiniz? 0.4 saniyə! Bu o deməkdir ki, köhnə TV reklamlarındakı kimi uzun girişlər, hekayəni sona saxlamaq və loqonu 15-ci saniyədə göstərmək yanaşması sosial mediada intihardır. Brend, əsas mesaj və diqqət çəkən vizual element birbaşa ilk kadrlarda yer almalıdır.
2. Nəsillər arası istehlak sürəti dəhşətli dərəcədə fərqlənir: Gen Z kontenti yaşlı nəsillərdən 3 dəfə daha sürətli (gənclərdə diqqət müddəti 1.4 saniyə, yaşlılarda 4.2 saniyə) istehlak edir. Bu dinamikaya cavab olaraq Metanın yeni tövsiyəsi "Burst Attention" modelidir.
Datalar göstərir ki, istifadəçiyə tək bir uzun reklam formatı göstərməkdənsə, onun qarşısına fərqli bucaqlardan çəkilmiş, qısa, lakin çoxsaylı bursts şəklində çıxmaq reklamın yaddaqalanlıq xərcini 23% azaldır və satış konversiyasını ciddi şəkildə artırır.
3. Meta rəsmisi açıq şəkildə bildirdi ki, "Al alətlərimizə nə qədər çox fərqli kreativ versəniz, o sizə bir o qədər ucuz və effektiv nəticə gətirəcək." Lakin burada incə bir xətt var. Kreativ müxtəliflik eyni dizaynın sadəcə rəngini dəyişib 10 variant hazırlamaq deyil. Alqoritm bunu eyni kontent kimi qəbul edir. Əsl kreativ müxtəliflik reklamların "Nə üçün" və "Kimin üçün" suallarına fərqli bucaqlardan cavab verməsidir. Meta-nın qızıl qaydası belədir:
4. İstehlakçı psixologiyası artıq "cilalanmış", həddən artıq korporativ və süni görünən reklamları avtomatik olaraq filtrdən keçirir və rədd edir. Sosial media istifadəçilərinin 75%-dən çoxu brendlərin rəsmi mesajları əvəzinə, real kontent yaradıcılarının səsini və təcrübəsini eşitmək istəyir. Gənclərin isə 76%-i yeni brendləri məhz kreatorlar vasitəsilə kəşf edir.
Kreatorların sadəcə öz səhifələrində etdikləri orqanik paylaşımlar artıq biznes hədəflərinə çatmaq üçün yetərli deyil. Yaradıcının səmimi dili və auditoriya güvəni, brendin büdcəsi və Metanın dəqiq hədəfləmə alətləri ilə birləşdirilməlidir. Bu, brendə həmin kreatoru izləməyən, lakin oxşar davranış modelinə sahib yeni və konversiyaya hazır kütlələrə çatmaq imkanı verir.
5. Görüşdə təqdim olunan Polestar 4 elektromobilinin qlobal buraxılış keysi, böhran və rəy idarəçiliyində Al ilə kreator əməkdaşlığının necə möhtəşəm bir ahəng yaratdığını gözlər önünə sərdi. Bu keys, böhran menecmenti ilə məşğul olan hər bir marketoloq üçün dərslik nitqindədir:
Polestar fərqli bir dizaynla arxa şüşəsi olmayan yeni modelini təqdim edir. Kampaniya başladıqdan sonra sosial mediada minlərlə şərh və sual yaranır. Brend gələn bütün şərhləri anonimləşdirərək Meta Al analitik alətlərinə yükləyir. Süni İntellekt şərhlərin 32%-nin birbaşa "arxa şüşənin olmaması" ilə bağlı narahatlıqdan ibarət olduğunu təsbit edir. Lakin Al daha dərinə gedərək maraqlı mikrosegmentlər tapır: Şərhlərin 5%-i "itlərimiz arxa şüşədən baxa bilməyəcək" deyən ev heyvanı sahiblərinə, digər bir qismi isə "arxa güzgü olmadan maşında necə pomada çəkəcəyəm" deyən xanımlara məxsusdur.
Brend nə edir? Birbaşa lifestyle, heyvansevər və texnologiya sahəsindəki kreatorlara Al-dan çıxan briflər göndərilir. Kreatorlar maşındakı rəqəmsal kameraların və ekranların üstünlüklərini öz təbii həyatlarında nümayiş etdirirlər. Nəticədə, Brend Awareness 14, test yürüşü müraciətləri 22%, pozitiv rəylər isə 17% artır.
Bu görüşdən fəaliyyətimizə tətbiq edəcəyim 3 əsas qərar:
Marketing and PR Expert | Digital Marketing Lead | Product Owner | Writer3 həftə əvvəl