Bu razılıq forması, Work.az platformasında (bundan sonra “Platforma”) qeydiyyatdan keçən və şəxsi məlumat təqdim edən istifadəçilərin məlumatlarının toplanması, saxlanması və işlənməsi ilə bağlı razılığını ifadə edir.
Qeydiyyat zamanı və ya profilinizdə sizdən aşağıdakı məlumatlar tələb oluna bilər:
Ad, soyad
Elektron poçt ünvanı
Əlaqə nömrəsi
Təhsil və iş təcrübəsi haqqında məlumat
CV və sənədlər
Şəxsi maraq sahələri və bacarıqlar
Toplanan şəxsi məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:
İş və təlim tövsiyələrinin fərdiləşdirilməsi
Vakansiyalara və xidmətlərə müraciət prosesinin asanlaşdırılması
Təhlükəsizlik və istifadəçi identifikasiyası
Təkliflərin və yeniliklərin e-poçt və digər kanallarla çatdırılması
Platforma, yalnız istifadəçinin müraciət etdiyi vakansiya və ya xidmət çərçivəsində aidiyyəti işəgötürən və ya xidmət təminatçıları ilə məlumat paylaşa bilər. Məlumatlar heç bir halda icazəsiz üçüncü tərəfə ötürülməyəcək.
Şəxsi məlumatlar yalnız istifadəçinin razılığı olduğu müddətcə və ya platformadan istifadə etdiyi dövr ərzində saxlanılır.
İstifadəçi istənilən vaxt:
Öz məlumatlarını yeniləyə və ya silə bilər
Məlumatların emalına razılığı geri götürə bilər
Platforma ilə əlaqə saxlayaraq məlumatlarının taleyi ilə bağlı sorğu verə bilər
Platformada qeydiyyatdan keçməklə və şəxsi məlumat təqdim etməklə, bu “Şəxsi Məlumatların Emalına Razılıq” sənədində göstərilən şərtlərlə tam şəkildə razılaşmış hesab olunursunuz.