27 Sen 2025 | Marketinq
Neqativ SEO - Spam linklərdən necə qurtulaq? ✔️
Əgər saytınıza başqa saytlardan zərərli linklər (spam backlinklər) göndərilirsə, bu iki səbəbdən qaynaqlana bilər:
- Özünüzün əvvəlki dövrlərdə etdiyiniz bəzi proseslərin nəticəsi ola bilər.
- Rəqiblər tərəfindən saytınıza qarşı edilən SEO hücumu (negative SEO) ola bilər.
Mən bunu 2-3 il əvvəl xarici layihələrdə yaşamışdım və indi yerli bir layihəmdə də eyni vəziyyətlə qarşılaşdığım üçün təcrübəmi bölüşmək istədim.
Məsələn, compspice.com saytımda məşhur bir şirkətin məqaləsini paylaşmışdım və həmin səhifə axtarış nəticələrində yüksək mövqedə idi. Rəqiblər isə həmin səhifəni “vurmaq” üçün bir gündə minlərlə spam saytından link göndərdilər. Mən isə bunu vaxtında fərq etmədim və nəticədə 2-3 həftə sonra sayt bir çox açar sözlər üzrə sıralamalardan düşdü, trafikin təxminən 10 dəfə azalmasına səbəb oldu.
💡 Bəs belə hallarda nə etmək lazımdır?
1. Zərərli linkləri tez aşkar edin
Google Search Console-un “Links” bölməsindən və ya Ahrefs kimi backlink analiz alətlərindən istifadə edərək saytınıza gələn yeni linkləri mütəmadi izləyin.
Şübhəli və spam linkləri vaxtında müəyyənləşdirmək çox vacibdir.
2. Google-a bu linkləri rədd etdiyinizi bildirin (Disavow)
- Google Disavow Tool vasitəsilə zərərli linklərin saytınıza təsir etməməsi üçün onları rədd etməlisiniz.
- Bunun üçün .txt formatında siyahı hazırlayıb həmin linki yükləmək lazımdır.
- Qeyd: Bu alət adi Search Console panelində görünmür, linkdən birbaşa daxil olmaq lazımdır.
⚙️ Siyahını hazırlayarkən:
- Əgər zərərli linklər çoxdursa və eyni domenlərdən gəlirsə, onları “domain” formatında əlavə etməyi tövsiyə edirəm.
Məsələn: domain:spamlink1.com domain:spamlink2.net Tək URL-ləri isə aşağıdakı kimi yaza bilərsiniz:
https://spamlink1.com/page123 https://spamlink2.net/xyz
Bu prosesi mütəmadi olaraq aparmaq saytınızı rəqiblərin mənfi SEO hücumlarından qorumağa kömək edir və sıralamalarınızı bərpa etməyi asanlaşdırır.

Yuxarıdakı mənim hazırladığım siyahıdır.

Bu isə həmin hissənin görünüşüdür. Düz tapdığınıza əmin olun. Burada listi yendən yükləyib baxa bilər, yenisi ilə əvəzləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=1Fu3PweN-_E - Video kimi buradan baxıb izləyə bilərsiniz. Daha aydın olacaq sizə.
🔎 Bing də varmı?
- Bing Webmaster Tools da əvvəllər “Disavow Links” funksiyası təklif edirdi.
- Amma 2019-dan sonra Bing linkləri avtomatik qiymətləndirdiyini və disavow-a ehtiyac olmadığını bildirdi.
- Hazırda Bing-də ayrıca disavow aləti yoxdur.
🔎 3. Digər axtarış sistemləri (Yandex, Yahoo, DuckDuckGo və s.)
- Bu platformaların heç birində rəsmi “disavow” funksiyası yoxdur.
- Onlar ya Google kimi backlink siqnalını avtomatik qiymətləndirir, ya da ümumiyyətlə link disavow konsepsiyasını dəstəkləmir.
Belə şeylərin başınıza gəlməməsi diləyi ilə.
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.1 ay əvvəl
