17 İyun 2025 | İT

Azərbaycanın ən maraqlı startupları ✔️

0
430 baxış
10
Azərbaycanın ən maraqlı startupları ✔️

Azərbaycan, digər ölkələrlə müqayisədə hələ inkişaf yolunda olsa da, startap ekosistemi baxımından son illərdə ciddi irəliləyiş nümayiş etdirən ölkələrdən biridir. İstər texnologiya sahəsində, istərsə də xidmət yönümlü tətbiqlərdə yaradılan layihələr insanların gündəlik ehtiyaclarını daha rahat və əlçatan formada qarşılamağa yönəlib.

Bəs siz ölkəmizdə hansı maraqlı və faydalı startapların mövcud olduğunu bilirsiniz?
Aşağıda sizinlə bir neçəsini bölüşürəm. Əgər sizin də əlavəniz varsa, şərhlərdə və ya Work.az platformasında bizimlə bölüşə bilərsiniz.

🔗 Azərbaycan startaplarının geniş siyahısına buradan baxın.

Yerli bazarda fəaliyyət göstərən startuplar 

Push30 – İdman abonəliyi 

Push30, istifadəçilərə aylıq abunəlik vasitəsilə bir çox idman zalına daxil olmaq imkanı yaradır. Xüsusilə korporativ əməkdaşlar üçün nəzərdə tutulan bu xidmət, müxtəlif zallarda limitsiz istifadə rahatlığı verir.
Əsas üstünlüyü – ekonomik, çevik və istifadəsi asandır. İdmanla məşğul olmaq istəyənlər arasında ən çox istifadə edilən tətbiqlərdən biridir. 

Buyonida

Buyonida.com — Azərbaycanda müasir onlayn ticarət (e-commerce SaaS) platformasıdır. Buyonida+1
Buyonida MMC ünvanı Bakı, Aşıq Molla Cümə küçəsi 46B-dədir və şirkət 05.12.2024 tarixində fəaliyyətə başlamışdır.

Banks.az

Banks.az Azərbaycanda maliyyə məhsullarını — kreditlər, depozitlər, sığorta və investisiya seçimlərini — müqayisə etməyə imkan verən “maliyyə supermarketidir”. banks.az

Platforma istifadəçilərə bir neçə bankın məhsullarını eyni sorğu ilə görmək, onlayn kredit müraciəti etmək fürsəti təqdim edir.

Coffein – Kofe abonəliyi 

Qəhvəsiz gün keçirməyənlər üçün ideal həll! Coffein, aylıq paketlərlə istifadəçilərə özlərinə yaxın olan qəhvə dükanlarından qəhvə alma imkanı təqdim edir.
Sadəcə bir dəfə ödəniş edirsən və bir ay boyunca qəhvən hazırdır. Həm qənaətlidir, həm də fərqli kafeləri kəşf etməyə motivasiya yaradır.

Work.az – Karyera və inkişaf platforması

Karyera və inkişaf platformasıdır.  Vakansiyalardan tutmuş, frilanserlər üçün xidmətləri bir araya toplayan və kabinet sistemi ilə onları məlumata uyğun təklif edən bir platformadır. İnsanlara karyerasında inkişaf və iş tapmaqda dəstək olan hərşey burada cəmlənir.  Qeydiyyatdan keçib kabinetinizdə xüsusi özəllikləri görə bilərsiniz. Burada karyera üçün maraqlı video və bloqlarda mövcuddur ki, sosial mediadan izləyə bilərsiniz.  

Clopos – Bulud əsaslı POS sistemi

Clopos, satış nöqtələri üçün bulud əsaslı POS sistem təqdim edir. Bu sistem sayəsində kafelər, restoranlar və mağazalar öz satış, stok və hesabat əməliyyatlarını asanlıqla idarə edə bilir.
Clopos artıq qlobal bazara çıxaraq beynəlxalq istifadəçi qazanan yerli uğur nümunəsidir. Oturduğunuz restoranlarda interaktiv menyu gördünüzsə, çox güman ki, bu Clopos-un məhsuludur.  Keçid

DOSTY.com

Dosty.co ev heyvanlarının sağlamlığı və qayğısı üçün yaradılmış innovativ platformadır. Bu tətbiq vasitəsilə istifadəçilər it və pişiklərinin peyvənd, dərman və müayinə tarixlərini izləyə, 60-dan çox simptom üzrə analiz aparan sistemdən yararlana, həmçinin süni intellektlə işləyən AI Chat Assistant vasitəsilə 24/7 məsləhət ala bilirlər. Dosty həmçinin heyvan davranışı, qidalanma və baxım barədə faydalı məqalələr təqdim edir və iOS, Android cihazlarında pulsuz yüklənə bilir.

SesliKitab.org

SesliKitab.org — Azərbaycan dilində səsləndirilmiş kitabları təqdim edən rəqəmsal platformadır. seslikitab.org+1 Sayt vasitəsilə istifadəçilər klassik və müasir ədəbiyyat nümunələrini peşəkar səsləndirmə ilə dinləyə bilirlər.  Platformanın məqsədi milli və dünya ədəbiyyatını daha geniş auditoriyaya səsli formatla çatdırmaqdır.

Tripsome.az - aktivliklərin marketpleysi

Boş vaxtınızda nə edəcəyinizi bilmirsiniz? Tripsome.az bu problemi həll edir!
Sayt vasitəsilə Bakıda və digər bölgələrdə təşkil olunan tədbirləri, seminarları və əyləncəli aktivlikləri araşdıra bilərsiniz. Xüsusilə gənclər üçün çox dəyərli və funksional platformadır. Qurucusuna xüsusi hörmətim var və startup ekosisteminə faydası olan şəxslərdəndir.  Jasur Hasanli profillərindən izləyə bilərsiniz.  Keçid 

Sandıq 

Sadıq, istifadəçilərə alış-veriş etdikdən sonra qəbzi skan edərək bonus və mükafatlar qazanmaq imkanı yaradır. Brendlərlə istifadəçilər arasında yeni bir etibar körpüsü yaradan bu tətbiq həm müştəri, həm də satıcı üçün qarşılıqlı faydalıdır. Son zamanlar da dayanmadan yeniliklər əlavə edirlər ki, izləmək mütləq lazımdır.  Hətta supermarketlərdə endirim kartlarını bir araya topladıqları faydalı bir hissə də mövcuddur. 

Epoint – Rəqəmsal ödəniş həlləri

Epoint, müəssisələr üçün müxtəlif növ ödəniş sistemləri və həlləri təqdim edən bir platformadır. Hazırda Work.az platformasında da bu sistem istifadə olunur.
Qurucusu tərəfindən paylaşılmış maarifləndirici videolar da mövcuddur – izləməyə dəyər.  Bu videolar əsasən maliyyə sahəsindəki şirkət rəhbərləri ilə podcastlardır və mütləq izləməyə dəyər.  Adı Personage Azərbaycan -  Kanal linki.  Epointə Keçid

E-Legal - hüquq xidmətləri

Son günlərdə çox paylaşılır və artıq “exit” etmiş bir layihədir.  Hüquq xidmətlərini bir araya toplayıb və daha sürətli emal edilməsinə dəstək olmaq üçün yaradılıb.  Əslində çox maraqlı və faydalı bir platforma olsa da, hələ ki test etmək imkanım olmayıb ))  Keçid

WingZ - skuter xidməti

Çox bəyəndiyim və isitfadə etiyim skuterlərdir. Tətbiqi rahat əsasən də bulvarda çox yerdə görə biləcəyimiz bu skuterlər də azərbaycan startupının məhsuludur.  Bunu biləndə biraz təəccüblənmişdim çünki rəqibləri hamısı qlobalda özünü doğrultmuş startuplardır. 

Rentbutik.com 

Rentbutik.com — Azərbaycanda “rent a car” (avtomobil icarəsi) xidməti göstərən platformadır. rentbutik.com

Bu tətbiq vasitəsilə avtomobil sahibləri öz avtomobillərini icarəyə çıxara, istifadəçilər isə ehtiyaclarına uyğun avtomobili seçə və icarəyə götürə bilirlər. Google Play

Platforma peer-to-peer model üzərindən işləyir və həm avtomobil sahibləri, həm də icarəçilər üçün rahat imkanlar təqdim edir.

UWork

İşaxtan və işçi axtaranlar üçün faydalı platformalardan biridir. 

YOX API / yoxapi.fun — Azərbaycanda “bəhanə istehsalı” kontentinə yönəlmiş bir platformadır. yoxapi.fun

Platformanın təqdim etdiyi xidmətlərə bunlar daxildir:

  • Müxtəlif kateqoriyalar üzrə (sevgi, dostluq, yol, sağlamlıq və s.) 1000-dən artıq bəhanəni generasiya etmək imkanı; yoxapi.fun

  • API vasitəsilə bu bəhanələri avtomatik çəkmək və öz veb saytınızda və ya tətbiqinizdə istifadə etmək imkanı; yoxapi.fun

  • Backend serveri pulsuz “Render” planında yerləşdirildiyindən gecikmələr ola bilər — bu qeyd platformada özəl xəbərdarlıq kimi verilib.

🌍 Xaricdə fəaliyyət göstərən məşhur Azərbaycan startapları

Azərbaycanın təkcə daxili bazarda deyil, beynəlxalq səviyyədə də uğur qazanan bir sıra startapları var. Onlardan bəziləri:

Keepface – İnfluenser marketinq 

Şirkətlərə influenserlərlə əməkdaşlıq qurmaq imkanı yaradır. Bir çox ölkədə istifadə edilir və geniş tərəfdaş şəbəkəsinə sahibdir. Əvvəlləe yerli şirkətlər üçündə aktiv xidmət göstərsə də, daha çox şirkət xaricə fokuslandığı üçün o bazara üstünlük verib davam etdirir.  Bu biraz üzdü )).  Qurucuları da ölkənin ən innovativ işlərdə izləri olan şəxslərdir. 

WeTravel – Səyahət planlaşdırma 

Səyahət agentlikləri və qrup turları üçün yaradılan bu platforma artıq ABŞ bazarında aktiv fəaliyyət göstərir. Komandasında xeyli azərbaycanlı da işləyir ki, bu da çox maraqlı və ilhamvericidir yeni başlayanların orada işləmə həvəsi olmağı üçün. 

HalalBooking – Halal turizm platforması

İslam qaydalarına uyğun turizm paketləri təklif edən bu startap böyük müsəlman bazarını hədəfləyərək qlobal uğura imza atıb. Xüsusi həfəd kütləsi üçün işləyən bu startup ümid edirik daha da böyüyüb bütün müsalmanların ilk seçim edəcəyi bir platforma olar.  

Nextsale (satılıb) – E-ticarət üçün çevirmə optimallaşdırması

Müştərilərin alış qərarını artırmaq üçün pop-uplar və sosial sübut əsaslı alətlər təqdim edən bu startap satılıb, lakin öz dövründə ən sevilənlərdən biri idi.

Eleven Kings  – Futbol oyun tətbiqidir

Eleven Kings pulsuz futbol meneceri oyunudur.  Platformada klubları idarə edə, taktika qura , oyunçu transfer edə, turnirlərə qoşula bilərsiz. Platforma futbol meneceri kimi bacarıqlarınızı göstərməyə və dünyada tanınmağa imkan yaradır.  Yaradıcısı Orxan Rzayev də bu ekosistemdə çox işlər görən şəxslərdəndir.  Oyun bir çox ölkələrdə sevilib yüklənən tətbiqlərdəndir. 

 

⛔️Fəaliyyətinin dayandırmasına pis olduğum layihələr

 

Yalli.org -  dünya azərbaycanlıları toplumu

Xaricdə yaşayan azərbaycanlıları bir araya toplamaq üçün yaradılmışdı və layihə davam etsəydi çox faydalı olacağına əmin idim.  Kimsə yenidən başlada bilər 😉

Hirelamp.co -  azərbaycanlı mentorlar 

Faydalı və diqqət çəkən platdormalardan idi.  Ən çox bəyəndiyim hissə isə xaricdə böyük şirkətlərdə işləyən şəxsləri bura cəlbetməkləri idi. 

Buglance  – Sınaq və bug tapma platforması

Test və təhlükəsizlik məsələlərini crowdsourcing yolu ilə həll edən tətbiq idi. Fəaliyyətini dayandırsa da, vaxtilə çox bəyənilən bir model idi. Qurucusu son günlərin ən çox startup mövzuları ilə gündəmdə olan Togrul Səməddir.  Youtube kanalına keçid

 

Azərbaycanlı gənclərin və komanda ruhlu sahibkarların qurduğu bu startaplar ölkəmizin innovasiya potensialını göstərir. Həm texnoloji, həm də sosial dəyər yaradan bu layihələr digər sahibkarlara da ilham verir.

 

Burada öz istifadə etdiyim və bildiyim startupları qeyd etmişəm.  Siz də daha çoxunu rəylərdə əlavə edərək siyahını artıra bilərsiniz. Hətta bəzilərini yoxlayıb siyahıya əlavə edəcəm. 

Dostunla paylaş:

whatsapptelegram
Loading...