29 İyun 2025 | Marketinq
Rəqəmsal marketinq öyrənmək üçün əsas mənbələr!

Bu yazımda mənə ən çox verilən sualları bir yerə toplamaq və qarşıma çıxdıqca daim bu mənbələri daim yeniləmək qərarına gəldim.
Rəqəmsal marketinq üçün ən faydalı mənbələr hansılardır?
“Rəqəmsal marketinqin əsas növlərinə uyğun və yeni başlayanlar üçün faydalı olan mənbələri burada sizinlə bölüşürəm. Xüsusilə özümün öyrəndiyim və faydasını gördüyüm resurslara yer verəcəm. Bu siyahını biz agentlikdə təcrübə proqramında olanlarla paylaşırdıq və onlar bu mənbələrlə yaxşı nəticələr əldə edirdilər.”
SEO öyrənmək üçün mənbələr
- MOZ Academy - ən sevdiyim və həqiqətən çox köməyi dəyən bir mənbədir. Ödənişlidir, amma pulsuz olaraq bu linkdən götürə bilərsiniz.
- Mangools - Yeni başlayanlar üçündür terminləri və s daha rahat izah edir.
- Backlinko.com - SEO məlumatları mənbəsi
- Searchenginejournal.com - SEO məlumatları mənbəsi
- Searchengineland.com - SEO məlumatları mənbəsi
- Google-un özünün yazdıqları - link
- Data structure qurmaq üçün mənbə
- Search Console errorlarını anlamaq üçün mənbə
Google ads öyrənmək üçün mənbələr
- Başlanğıc üçün google rəsmi sertifikatlarını belə verən “Skillshop” hissəsindəki hər sahəsinə uyğun mövzuları oxumaq lazımdır.
- Surfside PPC - Youtube kanalında çox faydalı Google ADS playlisti var və özümdə çox şeyi oradan öyrənmişəm.
- Kamal Allazov (Azərbaycanca) - yerlimizin əzziyyət çəkib, vaxt ayırıb yaratdığı ödənişsiz materiallardır. Mütləq izləməlisiniz.
- Jihn Crestani - bu mənbəni məndən başqa çətin tapasınız. Unlisted olub, çünki adam artıq çox cool fırlanır. İlk dəfə bu şəxsin videoları ilə başlamışam deyə link məndə qalıb ))
Meta ads üçün mənbələr
- Meta Blueprint - bu mənbə Metanın özünün rəsmi sertifikat və məlumatlandırma mənbəsidir.
- Ben Heath - biraz uzun danışır amma maraqlı strategiya və özəlliklər bölüşür.
- Coursera - Bu kurs sizin üçün maraqlı olacaq ödənişlədir və sonda Meta imtahana giriş pulsuz olur.
- Ozan Tarık Çepni - bəzi videoları çox faydalıdır.
Linkedin ads üçün mənbələr
Linkedinin öz mənbəsi və leraning hissəsindəki videolar sizə dəstək ola bilər. Mən daha çox qurcalayıb öyrənmişəm ))
Mail marketinq
- Reallygoodemails.com - maraqlı şablonları özündə birləşdirir. Lazımınız olacaq 😉
Tətbiq marketinqi üçün mənbələr
Bu mənbələrdə əsasən öz məhsulları haqqında nümunələrlə öyrədilir, amma çox şey öyrənmiş olacaqsınız. Bizim sahə üçün hazırda ən lazımlı və öyrənilməsi lazım olan bir sahədir.
- App radar academy - yeni başlayanlar üçün çox idealdır və sertifikat almaq olur.
- Mobile Action academy - hətta videolar belə mövcuddur ki, siz baxıb öyrənə biləsiniz.
Süni intellek üçün mənbələr
- Yapaay Zeka Çağı Yekleniyor - Süni intellekt haqqında maraqlı bioqrafik məlumatlar verir
- Ozan Siyah - artıq tanımış olarsınız, maraqlı alətləri analiz edib paylaşır.
Video Marketinq üçün mənbələr
Türk Youtuberlər bu işi daha yaxşı öyrədir. Xaricilərdəndə bir çox maraqlı nümunələr mövcuddur, əsasən pul qazanmaq üçün strategiyaları bölüşürlər.
- Onur Naci Ozturkler - Video hazırlanması və daha çox baxış üçün tövsiyyələr verir.
- Fazıl İşler - qlobalda uğur qazanan Youtuberlərin analizini edib paylaşır və ideyalar dolu bir kanaldır.
Ödənişli (biraz bahalı amma faydalı mənbələr)
- CXL - möhtəşəm rəqəmsalla bağlı bacarıqlı adamların hər mövzuda məlumatları birləşdirən platforma.
- Analytics Mania - Pulsuz youtube kanalında məlumatları da var, həm də maraqlı və geniş materiallarla dərslikləri.
- Measureschool - karyeramda xüsusi qatqısı olan bir kanaldır. Tag manager və Google Analitika ilə bağlı əvvəl çox məlumatı pulsuz paylaşsa da, indi ödənişlidir. Amma kanalında maraqlı məlumatlarda var.
Digər maraqlı mənbələr.
- Social media examiner - maraqlı məlumatlar paylaşılır sosial media ilə bağlı
- Orbit media studio - artıq paylaşırlar amma çox şey öyrətdilər.
- ThinkwithGoogle - adı özünü izah edir. Maraqlı strategiyalar öyrənə bilərsiniz.
Maraqlı məqalələr
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.1 ay əvvəl
