17 Apr 2025 | Marketinq
SEO nədir? Biznesinizi və layihənizi böyütməyin ən güclü yolu ✔️

SEO – Search Engine Optimization (Axtarış Mühərriki Optimizasiyası) deməkdir. Sadə dillə desək, veb saytının Google kimi axtarış sistemlərində daha görünən olması üçün edilən texniki və məzmun yönümlü işlərin bütünüdür.
SEO mənim həyatımı dəyişən bir bacarıqdır. İnsanların internetdə nə axtardığını, necə axtardığını və əslində nə istədiyini öyrəndim. Bu, sadəcə texniki bir sahə deyil – insan davranışlarını anlamaq, onların ehtiyacına uyğun cavab vermək bacarığıdır. Bəli, buna SEO deyirlər. Amma SEO təkcə bacarıq deyil, bir həyat tərzidir.
SEO və CEO qarışdırmayın aa
Əvvəlcə qısa bir düzəliş: SEO başqa, CEO başqa.
- CEO – şirkəti idarə edən rəhbərdir.
- SEO – saytınızı Google, Bing, Yandex kimi axtarış sistemlərində görünən edən işlər toplusudur.
SEO nə üçün lazımdır?
İnternetdə bir istifadəçi axtarışda “ən son vakansiyalar” kimi bir söz yazanda, Google ona uyğun nəticələri verir və sıralayır. Sizə görünən nəticələr də SEO edilmiş saytların səhifələri olacaq. Ən üstdə olan nəticələr Google tərəfindən verilən tələbləri düzgün yerinə yetirmiş və ona görə üst sırada çıxması üçün dəyərləndirilmiş saytlar olacaq. Bu isə özlüyündə sayta çox trafik və müştəri gətirmək üçün əsas vasitədir. Yəni düzgün SEO = çox müştəri.
Bu gün hamı onlayndadır. İnsanlar xidmət axtarır, məhsul axtarır, hətta gündəlik suallarını belə Google-da yazır. Sən və biznesin orada deyilsə, rəqibin qazanacaq.
Məsələn, bazarda tərəvəz satırsan. İlk qapıdan girən müştəri səni görüb səndən alırsa – bu, SEO-nun real gücüdür. Amma bazarda qalmaq üçün:
- məhsulun keyfiyyətli olmalıdır (kontent və xidmət),
- piştaxtan səliqəli və cəlbedici olmalıdır (UX/UI),
- haqqınızda başqaları yaxşı danışmalıdır (backlinklər və referanslar).
Google – bazar sahibidir. Sən – satıcısan. Sayt isə piştaxtandır.
Bu mənim SEO nu biznes sahiblərinə izah etmə tərzimdir bəziləri üçün anlaşılmayan ola bilər amma çoxu bu izahı bəyənir :)
SEO-nun növləri:
1. On-Page SEO – Kontent kraldır
- Düzgün açar söz seçmək
- Məzmunu Google-un qaydalarına və istifadəçinin istəyinə uyğun yazmaq
- Başlıqlar (H1, H2, H3), meta təsvirlər, şəkillərin optimizasiyası
2. Texniki SEO – Google əmini xoşbəxt etmək
- Sayt sürəti
- Mobil uyğunluq
- Strukturlu məlumat (Snippets)
- Sitemap və indexlənmə
Texniki problemləri olan bir sayt nə istifadəçini, nə də Google-u qane edir.
3. Off-Page SEO – reputasiya oyunu
- Başqa saytlardan keyfiyyətli backlinklər
- PR məqalələri
- Sosial mediada nüfuz və paylaşılma
Əsas SEO növlərindən başqa onun xüsusi məcralarda da istifadə olunması vacibdir məsələn Google My Business və Youtubu misal göstərmək olar.
Local SEO – yaxın müştərini tutmaq
Əgər xidmətiniz lokal müştərilərə yönəlibsə (məsələn, kafe, klinika, mağaza), Local SEO çox vacibdir.
- Google Maps-də qeydiyyat
- Yerli açar sözlər (“Bakı kafe”, “Sumqayıt iş elanları”)
- Müştəri rəyləri
Bu, fiziki müştəriləri birbaşa sizə gətirir.
YouTube SEO – video ilə zirvəyə çıx
SEO təkcə saytlar üçün deyil. YouTube dünyanın ikinci ən böyük axtarış sistemidir.
- Açar sözlərlə optimizasiya olunmuş başlıqlar
- Cəlbedici “thumbnail” şəkillər
- Alt yazılar və təsvirlər
- İzləmə vaxtını artıran məzmun
Bu, brendinizi həm vizual, həm də səsli olaraq tanıdır.
Biznesiniz niyə SEO-ya ehtiyacı var?
SEO bir saytınız varsa olmazsa olmazlardandır. Çünki bu saytın sizin məhsula uyğun axtarışlarda görünməsi, insanlara öz şirkətinizi tanıtmaq üçün ən lazımlı vasitədir. Bundan başqa reklamsız olaraq saytına keçidləri artıraraq müştəri cəlb etməyin ən etibarlı yoludur. SEO həm də uzunmüddətli, sabit və etibarlı rəqəmsal investisiyadır. Saytına bir dəfə düzgün SEO tətbiq etsən, illərlə yaxşı nəticə verə bilər.
Statistikalar
İnsanların 90%-i yalnız ilk səhifədəki nəticələrə baxır. Saytın ilk səhifəyə çıxması, klik və istifadəçi sayını çoxaldır.
SEO sizə qazandırdıqları nələrdir?
- Pulsuz trafik gətirir
- Məhsul və xidmət satışını artırır
- Brendi tanıdır
- Rəqiblərə qarşı üstünlük verir
- İnsanların nə axtardığını öyrənməyə kömək olur.
SEO sizə biznesinizi öyrədir!
Bəzən müştərilərinizin kim olduğunu belə sizə öyrədə bilir. Düzgün edilmiş proseslərin sonunda sayta daxil olan müştərilərin əslində nə axtardıqlarını hansı məhsulunuzun onlar üçün daha faydalı olduqlarını da öyrənmiş olursunuz.
Nümunə: İllər əvvəl oyuncaq sektorunda qurduğumuz oyuncaq.net saytını axtarışlardan gələn nəticələr ilə analiz edərək müştərilərin axtarışına görə saytı tənzimləyib satışları artırmışdıq. İnsanlar artıq uşaqlarına lazım olan oyuncaqları yaş qrupuna, məhsulun çeşidinə, materialına, hansı ölkədən olmasına uyğun olaraq axtarırdısa ona uyğun səhifələrlə birbaşa lazım olan məhsula yönləndirib onların yormur və birbaşa satış edə bilirdik. Məsələn: 2 yaşlı uşaq üçün yumuşaq oyuncaqlar.
SEO-da açar söz nədir?
SEO ilə məşğul olanların ən çox istifadə etdiyi açar söz nədir? Bu sizin müştərilərinizin axtardığı sözlərə deyilir. Sizin məhsulunuz oyuncaqdırsa, müştəriniz üçün əsas sözlər bunlardır “Oyuncaqlar”, “qız oyuncaqları”, “Oglan oyuncaqlari”, “Leqolar”, “oyuncaq masinlar” və s. Yəni bütün axtarılan sözlər termin olaraq açar sözlər adlandırılır. Biz SEO prosesinə başlayarkən əsasən də bu sözləri təyin edərək və nə qədər ay ərzində axtarıldıqlarını təyin edərək başlamalıyıq.
Saytınızı qurarkən bu açar sözlərə uyğun olaraq da menyu strukturu, bloqlar, filterlər hətta ən çox axtarılan və tələblərə görə bannerləri də buna uyğun təyin etmək lazım olur. Çünki bu sizin müştərinizin axtardıqlarıdır və SEO prosesi bu axtarışlara cavab verərək müştərinizi saytınıza cəlb etməkdir.
Bəs açar söz necə axtarılır?
Açar sözləri təyin etmək üçün “keyword researcher” alətlər mövcuddur ki, onlar həmin açar sözlərin nə qədər axtarıldığını və hansı açar sözlərin sizə aid olduğunu təyin edir. Semrush, Ahrefs bu kimi alətlərə nümunədir. Bunlar hər biri ödənişli alətlərdir və bunların pulsuz olan alternativləri mövcuddur amma limitli sayda sözlərə baxa biləcəksiniz.
SEO haqqında yanlış düşüncələr
- “AI ilə sayt qurmaq olmaz” – əslində olar, sadəcə düzgün texniki əsaslarla.
- “SEO sadəcə Google üçündür” – yox, Bing, Yandex, YouTube və hətta sosial şəbəkələrdə də SEO var.
- “Bir dəfə SEO edim, bitsin” – SEO daim davam edən prosesdir.
SEO və Süni İntellekt (AI)
AI bu gün SEO-nu daha asan edib:
- Açar söz araşdırmasını AI alətləri ilə etmək
- Məzmun ideyalarını avtomatik yaratmaq
- SEO auditini tez aparmaq
- Müştəri suallarını chatbotlarla cavablandırmaq
İş həyatında AI ilə:
- Müştəri sorğularına avtomatik cavab
- Məzmun təklifləri
- Reklam mesajlarının test edilməsi
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.1 ay əvvəl
