03 Yan 2026 | Marketinq

2025 Yekunu. Work.az ilə nələr etdik? Nələr qazandıq? 💵

468 baxış
4
2025 Yekunu.  Work.az ilə nələr etdik? Nələr qazandıq? 💵

2025 bizim üçün “böyük sözlər” ili yox, çox işlədiyimiz, çox test etdiyimiz və real nəticələr gördüyümüz il oldu.
Bu yazıda Work.az-la nə qurduq, nə öyrəndik və haraya gəldik – qısa, real və rəqəmlərlə bölüşürəm.

Rəqəmlərlə 2025

İlin sonunda gəldiyimiz nöqtə:

  • Günlük 4000+ giriş
  • 25000+ istifadəçi qeydiyyatı
  • 300-ə yaxın şirkət qeydiyyatı
  • Work Academy aktiv edildikdən sonra ilk gün 10+ satış

Bu rəqəmlər bizim üçün əsasən bir şeyi göstərdi: Komanda olaraq düz yolda irəliləyirik!


2025-də Work.az-da nələr etdik?

👤 Profil səhifəsi

  • İstifadəçilər bütün məlumatlarını bir profildə toplaya bildi.
  • Bir linklə özünü təqdim etmək artıq mümkündür.
  • Bu hissə hələ tam deyil – 2026-da daha da dərinləşdiriləcək.

Nümunə: https://www.work.az/profil/vuqar-bunyatzade

🎯 Fərdiləşdirilmiş kabinet (demo)

İstifadəçi artıq yalnız özünə uyğun 

  • vakansiyaları
  • tədbirləri
  • tapşırıqları
  • bloqları görür.

Bu isə bizim böyük işlərin başlanğıcı oldu.  İstifadəçilər bunu sevdi və bizi böyüməyə məcbur etdilər. Buna görə də 2026 ilk rübündə gələn rəylərlə yenidən qururuq. 

🛠️ Xidmətlər bölməsi

Frilanser və şirkətlər:

  • öz xidmətlərini təqdim edə
  • potensial müştəri ilə əlaqə qura bilir

Bu bölmə Work.az-ın təkcə “elan saytı” olmadığını göstərən vacib hissələrdən biridir. Buna tələbin və marağın az olduğunu nəzərə alaraq təkmilləşdirmə işlərini gecikdirməli olduq.  İstədiyimiz kimi getməyən hissələrdən biri oldu təəssüfki. 

CV Yarat (ödənişsiz)

Bəli, burada çox səhv etdik 🙂 UX problemləri, texniki xətalar oldu.

Amma:

  • istifadəçilərdən feedback aldıq
  • real istifadəyə baxdıq
  • indi isə daha funksional və rahat versiyanı yenidən qururuq

Bu hissə bizə bir dərs verdi: 👉 istifadəçi səni düzəldir.

Work Academy 🎓

İlin ən vacib addımlarından biri.

  • Əsasən öz ətrafımızdakı real peşəkarlarla
  • fərqli formatda
  • minimum xərclə öyrənilə bilən onlayn resurslar yaratdıq

Ən maraqlısı isə:

kursları alanların çoxu artıq öz sahəsində peşəkarlar  oldu. 

Bu da göstərdi ki, bazarda praktik və real bilik boşluğu var.

 

Nələr qazandıq? 💵

Puldan əvvəl qazandıqlarımız:

  • real istifadəçi davranışı
  • məhsul-bazar uyğunluğu siqnalları
  • düzgün yolda olub-olmadığımızı göstərən datalar

Pul tərəfi isə:

  • ilk satışlar
  • gəlir modellərinin işlədiyini göstərən nəticələr
  • 2026 üçün daha sağlam monetizasiya planları. 

Könüllülük və icma

Bu il Work.az-a könüllü dəstək olmaq istəyənlər də oldu.
Resurs baxımından hələlik hər kəsi cəlb edə bilmədik, amma:

➡️ icma əsaslı modellər üzərində işləyirik və bu mövzu bağlanmayıb. Bunun üçün indidən bizə [email protected]  maili üzərindən yaza bilərsiniz.  

2026 üçün baxış

2025 bizim üçün qurma və sübut ili idi.
2026 isə: dərinləşmə, optimizasiya, daha ağıllı monetizasiya ili olacaq.

Təşəkkürlər 🙏

6958d20669209-1767428614.png

Bu yol: komandamız, rəy bildirən istifadəçilərimizsiz, xüsusi ilə bizə dəstək olmağa çalışan yaxın dostlarsız getməzdi.

Hər feedback, hər irad, hər istifadə – hamısı bu platformanın bir parçasıdır. Yolumuza davam edirik.

Dostunla paylaş:

whatsapptelegram
Loading...