21 İyun 2026

Ədliyyə Nazirliyinin Tibb baş idarəsi həkim-mütəxəssislər və tibb işçilərinin qulluğa qəbulu ilə bağlı yeni müsabiqə elan edib. Müsabiqə Tibb baş idarəsi və onun tabeliyində fəaliyyət göstərən qurumlarda mövcud olan rəhbər və işçi heyəti üzrə vakant vəzifələri əhatə edir.
Müsabiqə çərçivəsində aşağıdakı istiqamətlər üzrə namizədlərin müraciətləri qəbul olunur:
Qulluğa qəbul prosesi “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na əsasən müsahibə yolu ilə həyata keçiriləcək.
Müsabiqədə ali və orta tibb təhsilinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Namizədlər həmçinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan tələblərə uyğun olmalıdırlar.
Namizədlər ərizə formasını dolduraraq 15 iyul 2026-cı il tarixinədək müraciət edə bilərlər.
Müraciətlər aşağıdakı formada qəbul olunur:
E-poçt vasitəsilə: [email protected]
Kağız daşıyıcıda: Bakı şəhəri, Akim Abbasov küçəsi 86, Ədliyyə Nazirliyinin Tibb baş idarəsi
Kağız formada müraciətlər iş günləri və iş saatları ərzində təqdim edilməlidir.
Müraciət edən namizədlərin sənədləri və qanunvericiliyə uyğunluğu yoxlanılacaq. Ədliyyə orqanlarında işləməsinə mane olan hallar aşkar edilməyən şəxslər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Müsahibədən uğurla keçən namizədlərin müvafiq vakant vəzifələrə təyinatı məsələsinə Tibb baş idarəsinin təqdimatı əsasında baxılacaq.
Əlavə məlumat almaq istəyən namizədlər 012 498 17 20 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Ətraflı məlumat: https://justice.gov.az/az/announcements/edliyye-nazirliyinin-tibb-bas-idaresinde-vakant-vezifeler-uzre-musabiqe-elan-edilir