17 İyun 2026

Bankçılıq sahəsində ilk peşəkar təcrübəsini qazanmaq, korporativ iş mühitini yaxından tanımaq və karyerasına uğurlu başlanğıc etmək istəyən gənclər üçün yeni imkan yaradılıb.
ABB tərəfindən həyata keçirilən “Rəqəmsal Maarifləndirmə” Təcrübə Proqramı çərçivəsində region filialları üzrə qeydiyyat elan olunub. Proqram iştirakçılara peşəkar komanda ilə işləmək, bank sektorunun iş prinsiplərini öyrənmək və real iş mühitində praktiki biliklər əldə etmək imkanı təqdim edir.
Bank sektorunda təcrübə qazanmaq və peşəkar inkişaf yolunda ilk addımlarınızı atmaq istəyirsinizsə, bu proqram sizin üçün yaxşı fürsət ola bilər.
Müraciət etmək üçün: https://vrk.az/1dAiMXHM