19 May 2026

Rossmann mühasibatlıq sahəsində karyera qurmaq istəyən gənclər üçün “Mühasibatlıq üzrə təcrübəçi” vakansiyası elan edib.
Şirkət öyrənməyə açıq, inkişaf etməyə həvəsli və gələcəyini maliyyə və mühasibatlıq sahəsində görən namizədləri komandaya qoşulmağa dəvət edir. Vakansiya xüsusilə son kurs tələbələri və yeni məzunlar üçün nəzərdə tutulub.
Təcrübə proqramı çərçivəsində iştirakçılar real iş mühitində praktiki biliklər qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və dinamik komandada çalışma imkanı əldə edəcəklər.
Müraciət etmək istəyən namizədlər linkə daxil olaraq 👉 https://vrk.az/j9GVPc9Z qeyd olunan mail ünvanına CV-lərini göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Mühasibatlıq üzrə təcrübəçi” qeyd olunmalıdır.