01 Avq 2026

PASHA Property Management praktiki iş mühitini yaxından tanımaq və peşəkar bacarıqlarını inkişaf etdirmək istəyən gənclər üçün növbəti təcrübə proqramını elan edib.
Proqram iştirakçılara şirkətin real iş proseslərinə qoşulmaq, müxtəlif layihələrin icrasında iştirak etmək və təcrübəli mütəxəssislərdən dəstək almaq imkanı yaradacaq. Təcrübə müddətini uğurla başa vuran namizədlər gələcəkdə şirkətdə mövcud olan uyğun vakansiyalar üzrə nəzərdən keçirilə bilərlər.
Proqrama aşağıdakı sahələr üzrə müraciət etmək mümkündür:
Hər istiqamət üzrə tələblər və müraciət forması ayrıca təqdim olunur. Namizədlər öz ixtisas və maraqlarına uyğun sahəni seçərək qeydiyyatdan keçə bilərlər.
Təcrübəçilər proqram müddətində mentor dəstəyi alacaq, real layihələr üzərində çalışacaq və korporativ iş mühiti ilə yaxından tanış olacaqlar. Bu proses onların həm nəzəri biliklərini praktikada tətbiq etməsinə, həm də gələcək karyeraları üçün vacib peşəkar bacarıqlar formalaşdırmasına kömək edəcək.
Təcrübə müddəti: 1 sentyabr – 1 dekabr 2026-cı il
Son müraciət tarixi: 11 avqust 2026-cı il
Müraciət etmək üçün 👉 Təcrübə proqramı