Sağlam Ailə Tibb Mərkəzi təcrübəçi axtarır. Təcrübə ödənişlidir.
Vəzifə öhdəlikləri:
- Klinikaya daxil olan pasiyentlərin qarşılanması və müvafiq şöbələr üzrə yönləndirilməsi;
- Klinika məhsulları haqqında pasiyentlərin ilkin məlumatlandırılması;
- Müştəri məmnuniyyətinin ölçülməsi üçün müxtəlif sorğuların təşkili.
Tələblər:
- Ali və ya natamam ali təhsil;
- Azərbaycan və rus dillərini səlis bilmək;
- Word və Excel proqramlarından istifadə bacarığı;
- Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik;
- Komanda ilə işləmək bacarığı.
Qeyd:
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə;
- İş qrafiki: həftənin 6 günü, növbəli tənzimlənir;
- Əmək haqqı: 200 manat;
- Müddət: 2 ay;
- İşçi illik check-up paketi ilə təmin olunur. İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faiz endirimlə təmin olunur.
Müraciət:
CV-nizi mövzu hissəsində “Təcrübəçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.