03 Avq 2026

MBA Marketinq Təqaüd Proqramı, Baku Growth Academy və Sabancı University Executive Development Unit (EDU) əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycanın gələcək marketinq liderlərini yetişdirməyi hədəfləyən təhsil təşəbbüsüdür. Proqramın məqsədi maliyyə maneələrini aradan qaldıraraq istedadlı gəncləri dünya standartlarına uyğun marketinq təhsili və real biznes təcrübəsi ilə bir araya gətirməkdir.
İştirakçılar 4 ay ərzində marketinq araşdırmaları, strategiya, brend idarəçiliyi, rəqəmsal marketinq, marketinq kommunikasiyaları və süni intellektin marketinqdə tətbiqi üzrə 6 moduldan ibarət intensiv proqramda təhsil alacaq, final layihəsi və karyera hazırlığı mərhələlərini tamamlayacaqlar.
Proqram çərçivəsində 50 iştirakçıya 50% təqaüd təqdim edilir.
Proqram yalnız nəzəri biliklərlə məhdudlaşmır. İştirakçılar tərəfdaş şirkətlərlə görüşlər, real biznes layihələri, final təqdimatları və təcrübə imkanları vasitəsilə əmək bazarına hazır marketinq mütəxəssisi kimi yetişirlər. Məqsədimiz Azərbaycanın növbəti nəsil CMO-larını, brend menecerlərini və marketinq liderlərini formalaşdırmaqdır.
Qoşulmaq üçün 👉 LİNK