Təchizat üzrə təcrübəçi

Elanın vaxtı bitmişdir
943 baxış
📍KM Services



Təchizat sahəsində dərin biliklərə sahib olmaq və öyrəndiklərini tətbiq etmək istəyən gənc, çevik və enerjili gəncləri komandamıza dəvət edirik.

Tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və ya Texniki sahələr üzrə bakalavr dərəcəsi) - Diplom və qiymətlər cədvəlini CV ilə birlikdə göndərməyiniz xahiş olunur.
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Dil bilgisi: Azərbaycan dili və İngilis dili
  • İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00) nahar fasiləsi (13:00-14:00)
  • Əmək haqqı: 600 AZN NETT
  • Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

İşin təsviri:

  • Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
  • Potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
  • Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərilməsi;
  • Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Hesabatların hazırlanması və analiz olunması.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü, Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-03-02
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:05/02/2026
Minimum 600

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör