Təchizat üzrə mütəxəssis

Elanın vaxtı bitmişdir
957 baxış

📍BOOO Group komandamıza istehsal, təchizat və operativ satınalma proseslərini həyata keçirəcək Təchizat üzrə mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri

İstehsal proseslərinin təşkili və nəzarəti

  • Tədbirlər və layihələr üçün tələb olunan rekvizit, konstruksiya və digər məhsulların istehsal prosesini təşkil etmək;
  • Usta, sex və digər istehsalçılarla işləmək, texniki tapşırığı düzgün ötürmək;
  • İstehsalın qiymət, keyfiyyət və təhvil müddətinə nəzarət etmək;
  • Hazır məhsulun ölçü, say və keyfiyyət baxımından sifarişə uyğunluğunu yoxlamaq;
  • Zərurət olduqda istehsal prosesini yerində izləmək.

 ​​​​​​Yerində və operativ satınalmaların həyata keçirilməsi

  • Layihələr üçün lazım olan material, avadanlıq və digər məhsulların bazarda araşdırılması;
  • Tikinti bazarları, mağazalar, topdansatış məntəqələri və digər təchizatçılardan yerində alışların həyata keçirilməsi;
  • Təcili ehtiyaclar zamanı tələb olunan məhsulun qısa zamanda tapılması və alınması;
  • Qiymət və keyfiyyət müqayisəsi apararaq uyğun alış variantının seçilməsi;
  • Alınan məhsulların vaxtında ofisə, anbara, istehsal sahəsinə və ya tədbir məkanına çatdırılmasının təşkili.

Təchizatçı və qiymət araşdırmaları

  • Yeni təchizatçı, istehsalçı və ustaların tapılması;
  • Müxtəlif təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Daha sərfəli alış və istehsal variantlarının müəyyən edilməsi;
  • Daimi təchizatçı bazasının formalaşdırılması və yenilənməsi.

Material və anbar planlaması

  • Layihələr üzrə tələb olunan material siyahılarının hazırlanması;
  • Anbarda mövcud material və məhsulların yoxlanılması;
  • Çatışmayan məhsulların vaxtında sifariş və ya satın alınmasının təmin edilməsi;
  • Alınmış və istehsal edilmiş məhsulların aidiyyəti üzrə təhvil verilməsinə nəzarət.

Tədbirlər üzrə operativ texniki dəstək

  • Tədbir öncəsi yarana biləcək təchizat ehtiyaclarının operativ həlli;
  • Zərurət olduqda tədbir məkanında texniki və təchizat proseslərinə dəstək göstərmək;
  • Regionlarda və həftəsonları keçirilən tədbirlərin iş rejiminə uyğunlaşmaq.

Hesabat və xərc nəzarəti

  • Edilən alış və istehsal xərclərinin qeydiyyatını aparmaq;
  • Qəbz, hesab və digər alış sənədlərinin düzgün şəkildə təqdim edilməsi;
  • Xərclərin optimallaşdırılması üçün alternativ həllər təklif etmək;
  • Görülmüş işlər üzrə rəhbərliyə məlumat və hesabat təqdim etmək. 

Tələblər

  • Operativ və həll yönümlü düşüncə qabiliyyəti;
  • Bazar araşdırması və qiymət müqayisəsi bacarığı;
  • Usta, istehsalçı və təchizatçılarla effektiv ünsiyyət qurmaq bacarığı;
  • Riyazi və məntiqi düşüncə;
  • Planlama və təşkilatçılıq bacarığı;
  • Satınalma, təchizat, istehsal və ya logistika sahəsində iş təcrübəsi üstünlükdür;
  • MS Excel və Google Sheets üzrə işləmə bacarığı;
  • Telefon və yazılı ünsiyyət bacarıqlarının yaxşı olması;
  • Regionlara səfər etmək və fleksibil iş qrafikinə uyğunlaşmaq imkanı;
  • Event sahəsinsə təcrübənin olması üstünlükdür;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür;
  • Şəxsi avtomobilin olması arzuolunandır, lakin məcburi deyil.

Əmək haqqı və iş şərtləri

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Sınaq müddəti: 1 ay

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Təchizat üzrə mütəxəssis  qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-11-07
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:08/10/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

T

Təchizat üzrə koordinator

Vakansiyalar

Razılaşma ilə
29 okt
900
T

Təchizat üzrə Təcrübəçi

Vakansiyalar

Razılaşma ilə
10 noy
1384
T

Təchizat üzrə mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
19 noy
119
T

Texniki ofis mühəndisi

Vakansiyalar

2000 — 2500
24 okt
920
F

Müştəri əlaqələri üzrə mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
Bu gün
119
B

Portfel keyfiyyətinə nəzarət mütəxəssisi (Qəbələ)

Vakansiyalar

Razılaşma ilə
18 noy
554
Diverse Vision Academy

KOORDİNATOR Müştəri cəlbi, marketinq və təhsil sahəsi üzrə (21-27 yaş xanımlar üçün)

Diverse Vision Academy

Razılaşma ilə
12 noy
315
İrşad

Satış Məsləhətçisi (Bölgələr)

İrşad

700 — 1800
29 okt
6157
Premium
Bütün 321 vakansiyanı gör