SƏTƏM üzrə müfəttiş

Elanın vaxtı bitmişdir
2093 baxış

“STP GLOBAL CABLE” MMC  SƏTƏM bölməsi üzrə “SƏTƏM üzrə müfəttiş” vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Əməyin mühafizəsi, texniki, mühəndislik və ya digər uyğun ixtisaslar üzrə təhsilə üstünlük verilir);
  • İstehsalat müəssisələrində SƏTƏM sahəsi üzrə minimum 3–4 il iş təcrübəsi tələb olunur;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Müəssisədə SƏTƏM tələblərinə, daxili prosedurlara və ISO 45001, ISO 14001 standartlarının tələblərinə əməl olunmasına nəzarət etmək;
  • İstehsalat, anbar və yardımçı sahələrdə planlı və növbədənkənar SƏTƏM yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • Təhlükə və risklərin müəyyən edilməsi, risk qiymətləndirilməsinin aparılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Qəza, insident və təhlükəli halların araşdırılmasında, səbəblərinin təhlilində və qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək;
  • İşçilərin SƏTƏM üzrə təlimatlandırılması, FMV-lərdən düzgün istifadə, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirmə işlərini həyata keçirmək;
  • Fövqəladə hallara hazırlıq, təxliyə planları və praktiki təlimlərin təşkilində iştirak etmək;
  • Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması və ekoloji tələblərə əməl olunmasına nəzarət etmək;
  • Əmək, sənaye təhlükəsizliyi və ətraf mühit üzrə normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsində, həmçinin dövlət qurumlarının yoxlamaları üçün sənədlərin hazırlanmasında iştirak etmək;
  • SƏTƏM üzrə hesabatların, aktların, risk qiymətləndirilməsi sənədlərinin, təlim protokollarının və digər aidiyyəti sənədlərin hazırlanmasını, qeydiyyatını və arxivləşdirilməsini həyata keçirmək.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı - Növbəli;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM üzrə müfəttiş” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Növbəli
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-11-06
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:06/10/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

S

SƏTƏM üzrə Mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
13 noy
841
A

SƏTƏM üzrə aparıcı mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
10 noy
1105
P

Keyfiyyətə nəzarət üzrə mühəndis (Qarabağ)

Vakansiyalar

Razılaşma ilə
11 noy
629
O

Ofis meneceri

Vakansiyalar

Minimum 800
14 noy
1364
B

Baş koordinator (Xəstə xidmətləri)

Vakansiyalar

Minimum 1500
15 noy
774
A

Baş mütəxəssis- Katib

Vakansiyalar

Razılaşma ilə
17 noy
284
Diverse Vision Academy

KOORDİNATOR Müştəri cəlbi, marketinq və təhsil sahəsi üzrə (21-27 yaş xanımlar üçün)

Diverse Vision Academy

Razılaşma ilə
12 noy
672
P

İstedadların cəlb edilməsi üzrə aparıcı mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
19 noy
340
Bütün 365 vakansiyanı gör