“ AZERA Holding ” peşəkar komandasına İnsan Resursları Departamentinin direktorunun müavini vəzifəsi üzrə təcrübəli və peşəkar namizədləri dəvət edir.
Əsas vəzifə öhdəlikləri
• İnsan Resursları Departamentinin fəaliyyətinin təşkili və departamenti aidiyyəti məsələlər üzrə təmsil etmək;
• İnsan resurslarının idarə edilməsi üzrə strategiya, prosedur və proseslərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
• Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr inzibatçılığı və əmək münasibətlərinin düzgün təşkilinə nəzarət etmək;
• İşçi ehtiyaclarının müəyyənləşdirilməsi, vakansiyaların idarə edilməsi, namizədlərin seçimi və işə qəbul prosesinin koordinasiyasını həyata keçirmək;
• Əmək müqavilələri, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr sənədlərinin qanunvericiliyə uyğun hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət etmək;
• Elektron hökumət və müvafiq elektron sistemlər üzərindən kadr əməliyyatlarının vaxtında icrasını təmin etmək;
• Performans qiymətləndirmə, motivasiya və mükafatlandırma sistemlərinin hazırlanması və tətbiqində iştirak etmək;
• Təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim matrisinin hazırlanmasını və icrasını təşkil etmək;
• Təşkilati strukturun, vəzifə təlimatlarının və optimal işçi sayının müəyyənləşdirilməsi üzrə işləri koordinasiya etmək;
• Kadr bazasının formalaşdırılması, əməkdaş məlumatlarının idarə olunması və məxfilik rejiminin təmin edilməsinə nəzarət etmək;
• Əmək mübahisələrinin qanunvericiliyə uyğun həllində iştirak etmək və zəruri tədbirlərin görülməsini təmin etmək;
• Attestasiya və digər HR qiymətləndirmə proseslərinin təşkilini və icrasını koordinasiya etmək;
• Departamentin fəaliyyəti üzrə dövri və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
• İnsan resursları sahəsində proseslərin effektivliyinin artırılması və yeni HR təşəbbüslərinin tətbiqi üzrə təkliflər hazırlamaq.
Vəzifəyə dair tələblər
• Ali təhsil (insan resursların idarəedilməsi, hüquq, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslar);
• İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə yaxşı bilik;
• MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
• İngilis dili – B2, Rus dili – B2 arzuolunandır;
• HR strategiyası, kadr inzibatçılığı, işə qəbul, performans idarəetməsi, təlim və əmək münasibətləri üzrə praktiki təcrübə.
• Liderlik və komanda idarəetmə bacarığı;
• Kommunikasiya, təqdimetmə, təşəbbüskarlıq və təşkilatçılıq bacarığı;
• Analitik təhlil və problem həll etmə bacarığı;
• Dinamik və yüksək iş tempinə uyğunlaşma bacarığı.
İş qrafiki
• Həftə içi 5 gün saat 09:00 – 18:00-dək
AZERA Holding ailəsinin bir parçası olmaq və peşəkar komandanın inkişafına töhfə vermək istəyirsinizsə, CV-nizi mövzu hissəsində “İnsan Resursları Departamentinin direktorunun müavini” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərin.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
1500 — 1800
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Minimum 3500
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən