SƏTƏM üzrə mütəxəssis

Elanın vaxtı bitmişdir
434 baxış

Təsvir

 

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Yeni işə qəbul olunan əməkdaşlar, podratçılar, qonaqlar, ezamiyyətə gələnlər, istehsalat təliminə və ya təcrübəyə cəlb olunmuş şagird və tələbələr üçün əməyin mühafizəsi üzrə giriş təlimatlandırma proqramını hazırlamaq və təlimat keçmək;
  • Struktur bölmələrdə və istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdə iştirak etmək;
  • Qəza və hadisələrlə bağlı araşdırmalar aparmaq, müvafiq qeydləri aparmaq və aidiyyəti üzrə dərhal məlumat vermək;
  • İşçilərə təhlükəsizlik qaydalarının əhəmiyyəti barədə maarifləndirici məlumat vermək və bu qaydalara əməl olunmasına nəzarət etmək;
  • Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərini aylıq planlamaq, icrasını təşkil etmək və hesabatlar hazırlamaq;
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə dair bütün məlumatların, baş vermiş hadisələrin və statistik göstəricilərin rəhbərliyə müntəzəm hesabatını təqdim etmək;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılması, verilməsi və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
  • Müəssisənin struktur bölmələrinin əməyin mühafizəsi ilə bağlı təlimatlar, qaydalar, normativlər, əyani vəsaitlər (plakatlar və s.) ilə təmin olunmasını təşkil etmək;
  • Yanğın təhlükəsizliyi ilə bağlı sənədləri, jurnalları, təlimatları və əmr layihələrini hazırlamaq;
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasına, onların sazlığına və texniki qulluğunun təşkilinə nəzarət etmək;
  • Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından mühafizə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək və texniki xidmətin təşkili işlərini həyata keçirmək.

Tələblər

  • Ali təhsil (Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə təhsil üstünlükdür);
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • SƏTƏM (Əməyin təhlükəsizliyi, ətraf mühit və sağlamlıq) sahəsində yerli qanunvericiliyin tələblərini bilmə;
  • Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı zəruri biliklərə malik olmaq;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Orta səviyyədə ingilis dili biliyinin olması arzuolunandır;
  • Təlim keçmə və öyrətmə bacarığı.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-06-22
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:28/05/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör