AŞPAZ – KƏLBƏCƏR
Catering 145 Group Kəlbəcər layihəsi üçün təcrübəli aşpazlar dəvət edir.
Vəzifə öhdəlikləri:
Yeməklərin catering standartlarına və təsdiq olunmuş menyuya uyğun hazırlanması;
Mətbəxdə gündəlik hazırlıq, bişirmə və təqdimat proseslərinin həyata keçirilməsi;
Ərzaq və xammaldan düzgün, səmərəli və qənaətli istifadə edilməsi;
Yeməklərin müəyyən edilmiş vaxt çərçivəsində və tələb olunan keyfiyyətdə hazırlanmasının təmin olunması;
Mətbəx avadanlıqlarından təhlükəsiz və düzgün istifadə edilməsi;
Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına ciddi riayət olunması;
İş sahəsinin, mətbəx avadanlıqlarının və istifadə olunan inventarların təmiz və səliqəli saxlanılması;
Ərzaqların saxlanma qaydalarına və məhsulların yararlılıq müddətlərinə nəzarət edilməsi;
Mətbəx komandası ilə koordinasiyalı və operativ işlənilməsi;
Rəhbərlik tərəfindən verilən digər mətbəx işlərinin yerinə yetirilməsi.
Namizədə tələblər:
Aşpaz vəzifəsində iş təcrübəsi;
Catering, yeməkxana və ya böyük həcmli iaşə obyektlərində iş təcrübəsi arzuolunandır;
Məsuliyyətli, intizamlı və çevik olmaq;
Komandada işləmək bacarığı;
Qida təhlükəsizliyi və gigiyena qaydaları barədə məlumatlı olmaq;
Uzaq ərazidə növbəli iş rejimində işləməyə uyğun olmaq.
İş yeri: Kəlbəcər rayonu
Əməkhaqqı: 900–1000 AZN
İş qrafiki: 24 gün iş / 7 gün istirahət
Qalmaq: İşçilər üçün qalmağa yer təmin olunur.
Qidalanma: İşçi qidalanma ilə təmin olunur.
Yol xərcləri: İş yerinə gediş-gəlişlə bağlı yol xərcləri qarşılanır.
Yaş aralığı: 25–55 yaş arası bəy namizədlər
Qeyd: Kəlbəcər rayonunda işləməyə və layihə şəraitində qalmağa uyğun namizədlərə üstünlük verilir.
Müraciət etmək istəyən namizədlər 055 400 01 45 nömrəsinə yalnız yazılı şəkildə müraciət edə bilərlər.
📞 Müraciətlərə həftəiçi 09:00–18:00 saatlarında cavab veriləcək.
“Catering 145 Group” 2016-cı ildən etibarən korporativ qidalanma sahəsində peşəkar xidmət göstərən şirkətdir. Biz müştərilərimizə yüksək keyfiyyətli, təzə və vaxtında təqdim olunan ketrinq həlləri təqdim edirik, gündəlik minlərlə porsiya yeməyi hazırlamaq və çatdırmaq imkanına malikik. Bütün proseslərimiz beynəlxalq və "AR" qanunvericiliyində nəzərdə tutulan qida təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun şəkildə təşkil olunmuşdur. Müasir avadanlıqlar və təcrübəli heyətimiz hər zaman xidmət keyfiyyətini təmin edir. Təchizat zəncirimiz etibarlı tərəfdaşlarla işləyir və məhsullar ciddi keyfiyyət yoxlamasından keçir. Biz korporativ müəssisələr, sənaye obyektləri və müxtəlif miqyaslı təşkilatlar üçün fərdi menyu planlaması və çevik xidmət modelləri əsasında kompleks qidalanma həlləri təqdim edirik. “Catering 145 Group” etibarlılıq, keyfiyyət və davamlı inkişaf prinsiplərinə sadiq qalaraq müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir və bu yanaşma sayəsində Azərbaycan bazarında mövqeyini davamlı şəkildə gücləndirir.
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Anadolu Restaurant
Anadolu Restaurant
600 — 700
Vakansiyalar
Vakansiyalar
Minimum 2500
Saf catering
Saf catering
Maaş müzakirəyə əsasən
Courtyard by Marriott Baku
Courtyard by Marriott Baku
600 — 700
Azelko
Azelko
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Minimum 1000
Company-hospitality
Company-hospitality
Maaş müzakirəyə əsasən