İş elanlarına keç
Tədbirlərə keç
“Catering 145 Group” 2016-cı ildən etibarən korporativ qidalanma sahəsində peşəkar xidmət göstərən şirkətdir. Biz müştərilərimizə yüksək keyfiyyətli, təzə və vaxtında təqdim olunan ketrinq həlləri təqdim edirik, gündəlik minlərlə porsiya yeməyi hazırlamaq və çatdırmaq imkanına malikik. Bütün proseslərimiz beynəlxalq və "AR" qanunvericiliyində nəzərdə tutulan qida təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun şəkildə təşkil olunmuşdur. Müasir avadanlıqlar və təcrübəli heyətimiz hər zaman xidmət keyfiyyətini təmin edir. Təchizat zəncirimiz etibarlı tərəfdaşlarla işləyir və məhsullar ciddi keyfiyyət yoxlamasından keçir. Biz korporativ müəssisələr, sənaye obyektləri və müxtəlif miqyaslı təşkilatlar üçün fərdi menyu planlaması və çevik xidmət modelləri əsasında kompleks qidalanma həlləri təqdim edirik. “Catering 145 Group” etibarlılıq, keyfiyyət və davamlı inkişaf prinsiplərinə sadiq qalaraq müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir və bu yanaşma sayəsində Azərbaycan bazarında mövqeyini davamlı şəkildə gücləndirir.