work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • Rəsmi işçilər
  • Frilans işçilər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Uğurlu korporativ tədbirlər necə təşkil olunur? İdeyalar, Büdcə

27 İyun 2025 | Xidmət

Uğurlu korporativ tədbirlər necə təşkil olunur? İdeyalar, Büdcə

0
2 baxış
19
Uğurlu korporativ tədbirlər necə təşkil olunur? İdeyalar, Büdcə

 

Korporativ tədbir təşkilatçılığı üzrə Qızıl Qaydalar - Büdcə, Məkan və İdeya Seçimi

Günümüzdə əmək bazarındakı işçi və işigötürənlər arasında inkişaf tempi ötən illərlə müqayisədə kifayət qədər yüksəkdir. Əgər əvvəllər işçi işə qəbul olmaq üçün dəridən-qabıqdan çıxırdısa, hazırda hər iki tərəf “ən yaxşı” seçimlərini dəyərləndirmək üçün eyni dərəcədə əmək sərf edir. Yəni hazırda təkcə işçilər “yaxşı iş yeri” tapmaq üçün mübarizə aparmır, eyni zamanda şirkətlər arasında da bu rəqabət vardır. Çünki əmək bazarında karyera yüksəlişi hazırda daha rahat və sürətlidir, həmçinin bunun üçün imkanlar da genişdir. Bu səbəbdən şirkətlər öz sevimli və bacarıqları əməkdaşlarını komandada saxlamaq, eyni zamanda istedadlı kadrları cəlb etmək üçün müxtəlif üstünlüklər yaradır və əməkdaşlara daha rahat, inkişaf və əyləncə dolu iş mühiti yaratmağa çalışır. Bu imkanlardan biri də korporativlərdir. 

Ən yeni tədbirlərə buradan bax!

Yəqin ki, çalışdığınız şirkətdə siz də korporativ adını eşidən kimi dörd gözlə bunu gözləyənlərdənsiniz. Əgər belə bir təcrübəniz olmayıbsa da, narahat olmayın, gələcək iş yerlərinizdə mütləq sizin də sevərək qoşulacağınız bu kimi tədbirlərdən olacaq. Hətta bu tədbirlərin sizə bol-bol faydalar qatacağını xüsusi vurğulamaq istəyirik. Gəlin korporativlərin gizli sirrlərini kəşf edək.

Korporativ nədir?

Korporativlər şirkət və ya təşkilat tərəfindən hədəf auditoriyası üçün təşkil edilən hər hansı bir tədbirdir. Bu auditoriya şirkətin öz əməkdaşları, tərəfdaşları, mövcud və ya potensial müştəriləri, hətta səhmdarları ola bilər. Korporativ tədbirlərin məqsədi və formatı müxtəlifliyi ilə seçilir. Bu tədbirlər komanda quruculuğu tədbirləri kimi də tanınır. Xüsusilə əməkdaşlar üçün təşkil edilən korporativlər komandaya və şirkətə böyük faydalar qazandıra bilir. Həmçinin şirkətin məsafədən çalışan əməkdaşları üçün daim onların yaddaşında şirkətə bağlılıq, loyallıq kimi hissləri aşılayır. 

Əsas korporativ tədbir növləri isə aşağıdakılardır:

  • Seminarlar və konfranslar: Müəyyən bir mövzuda bilik və təcrübə mübadiləsi aparmaq, yenilikləri təqdim etmək üçün keçirilir.
  • Komanda quruculuğu (teambuilding) tədbirləri: Komanda daxilində münasibətləri gücləndirmək, əməkdaşlığı və ünsiyyəti yaxşılaşdırmaq məqsədi daşıyır.
  • Məhsul təqdimatları: Bu tədbirlərdə şirkətin yeni məhsul və xidmətləri media, müştərilər və s. üçün təqdim edilir.
  • Mükafatlandırma mərasimləri və qala gecələri: Əməkdaşların və ya tərəfdaşların uğurlarını qeyd etmək, onlara təşəkkür etmək üçün keçirilir.
  • Korporativ bayram şənlikləri: Yeni il, Novruz bayramı və ya şirkətin yaranma günü kimi xüsusi günləri qeyd etmək məqsədilə təşkil edilir.
  • Sərgilərdə iştirak: Şirkətin məhsul və xidmətlərini daha geniş auditoriyaya nümayiş etdirmək üçün təmsil olunduğu tədbirlərdir.

Həmçinin oxu: Merçendayzerlərin mütləq bilməli olduqları! Vəzifələr, Vakansiyalar

Korporativlərə nə üçün qoşulmalısınız?

Korporativlərdə iştirak etdikdə həmkarlarınız, rəhbərləriniz və digər şirkət əməkdaşları ilə keçirdiyiniz standart iş günlərindən uzaq gün keçirmək fürəstiniz olur. Bəziləri üçün korporativlər eyni insanlarla yenidən zaman keçirməyin sıxıcı olacağı təsüratını yarada bilər. Ancaq şirkətlərdən asılı olaraq korporativlər müxtəlif formatlarda təşkil olunur. Burada oyunlar həyata keçirilir, yarışlar olur və hədiyyə qazanmaq mümkün olur, müxtəlif yerlərə səfərlər edilir və s. Yəni həm əylənirsiniz, həm şirkət əməkdaşlarını yaxından kəşf edirsiniz, ünsiyyətiniz yaranır, müxtəlif mövzularda müzakirələr apararaq gələcəkdə karyera yüksəlişi kimi imkanlar əldə etmiş olursunuz. Məsələn, korporativdə keçirilən bir oyunda tətbiq edəcəyiniz məntiqi yanaşma rəhbərinizin və digər əməkdaşların diqqətini çəkə, onların yaddaşında siz haqqınızda xoş təsürat yarada bilər. 

Ən son vakansiyalara buradan bax!

Korporativ tədbir necə təşkil olunur?

Korporativlər şirkətlərdə marketinq, insan resursları kimi departamentlərin təşkilatçılığı ilə həyata keçirilə bilər. Yaxud bu istiqamətdə tədbir təşkil etmək üçün şirkətlər kənardan müvafiq xidməti də ala bilirlər. İstənilən halda hər bir korporativin təşkil olunması demək olar eyni mərhələlər üzərində qurulur və həyata keçirilir.

  1. Məqsədin müəyyən edilməsi: İlk olaraq "Bu tədbiri nə məqsədlə həyata keçiririk?" sualına cavab tapmaq lazımdır. Çünki digər mərhələlər bu sualın cavabından asılıdır. Məqsəd isə əməkdaşlar arasında motivasiyanı artırmaq, yeni müştərilər cəlb etmək və ya sadəcə komandanı mükafatlandırmaq ola bilər.
  2. Büdcənin tərtib edilməsi: Tədbirin bütün potensial xərclərinin (məkan, qidalanma, nəqliyyat, texniki avadanlıq, əyləncə və s.) əvvəlcədən hesablanması və şirkətin maliyyə strategiyasına uyğunlaşdırılması vacibdir.
  3. Planlaşdırma: Tarix, məkan, format və mövzunun (konseptin) seçilməsi də öncədən təyin edilir.
  4. Logistika və təchizat: Məkan, fotoqraf, aparıcı, DJ, dekor şirkəti kimi bütün tərəfdaşların tapılması və onlarla müqavilələrin bağlanması həyata keçirilir.
  5. İştirakçıların dəvət edilməsi: Dəvətnamələrin hazırlanması, göndərilməsi və iştirakçıların qeydiyyatının aparılması işləri həyata keçirilir.
  6. Tədbirin icrası: Tədbir günü bütün proseslərin sinxron şəkildə idarə olunması öncədən təyin edilən komanda tərəfindən aparılır.
  7. Tədbirin dəyərləndirilməsi: İştirakçılardan rəy toplanılır ki, tədbirin nə dərəcədə uğurlu həyata keçirildiyini ölçmək asanlaşsın və gələcək tədbirlər üçün bu meyarlar nəzərə alınsın.

Korporativdə iştirakın karyeranıza hansı təsiri var?

Əgər layihələrin idarə edilməsi, təşkilatçılıq, xırda detallara diqqət göstərmək, mükəmməl ünsiyyət qurmaq və problem həll etmək kimi bacarıqlara sahibsinizsə, tədbir təşkilatçılığı istiqamətində də karyeranızda yeni səhifə açmaq mümkündür. Bütün bunlardan əlavə insanlarla işləməkdən zövq alanlar üçün korporativlərdə inkişaf fürsətlərini dəyərləndirmək daha rahat olur. Hətta fərqli sahədə çalışmaq belə, şirkət tədbirlərinin təşkilində könüllü iştirak etməyə və bu bacarıqları inkişaf etdirməyə mane olmur. Korporativ tədbirdə kənarda dayanmaq olmaz, aktiv iştirak edin və fərqli şöbələrin rəhbərləri, əməkdaşları ilə söhbət edin, layihələr haqqında maraqlanın, öz ideyalarınızı bölüşün. Bu, sizin təşəbbüskar və şirkətin gələcəyi ilə maraqlanan əməkdaş olduğunuzu göstərəcək və yaddaşlarda müsbət obraz yaratmış olacaqsınız.

Ən yeni tədbirlərə buradan bax!

Korporativlərin hansı əhəmiyyətləri var?

Korporativlərin əməkdaşlarla yanaşı, şirkətlərin özü üçün də hədsiz üstünlükləri və əhəmiyyəti var. Bunun şirkətin əmək bazarındakı imicindən tutmuş beynəlxalq arenalarda adının təmsil olunmasına qədər böyük təsiri var. Əgər siz şirkət rəhbərisinizsə və ya gələcəkdə öz biznesinizi qurmağı düşünürsünüzə, yaxud müəyyən şirkətdə bu istiqamətdə işlərin həyata keçirilməsi sizə həvalə olunubsa aşağıdakı nüanslara diqqət yetirməyiniz faydalı olacaqdır.

Korporativin şirkətlər üçün əhəmiyyəti

  • Komanda ruhunu gücləndirir: Daim rəsmi mühitdə bir araya gələn əməkdaşlar arasındakı "buzlar əriyir", ünsiyyət yaxşılaşır və gələcəkdə komanda olaraq daha həvəslə, maraqla çalışa bilirlər.
  • Motivasiya və loyallıq artır: Şirkətin onlara dəyər verdiyini görən əməkdaşların işə bağlılığı və motivasiyası artır. Bu, əməkdaşların iş yerini tərk etməsinin qarşısını alır.
  • Korporativ mədəniyyət daha da güclənir: Tədbirlər şirkətin dəyərlərini, missiyasını və vizyonunu əməkdaşlara daha dərindən yansıtmaq üçün mühüm rol oynayır.
  • Brendin imici güclənir: Xüsusilə müştərilər və media üçün təşkil edilən tədbirlər şirkətin imicini yaxşılaşdırır və bazardakı mövqeyini gücləndirir.
  • Şəbəkələmə və yeni imkanlar: Tədbirlər həm şirkət daxilində, həm də şirkətdən kənar yeni əlaqələr qurmaq üçün mükəmməl fürsətdir. Bu, məsələn, korporativ satışlarda işləyən əməkdaşlar üçün olduqca effektivdir. 

Korporativ tədbir necə planlaşdırılır?

Korporativin təşkil ediləcəyi auditoriyanın tədbirdən ürək dolusu danışmaqları və razı qalmaları üçün tədbirin son dərəcə mükəmməl planlaşdırılması vacibdir. Əməkdaşlar, partnyorlar, ümumilikdə tədbir iştirakçıları çox ola bilər, vaxt az ola bilər, yaxud başqa çətinliklərlə qarşılaşmaq qaçılmazdır. Odur ki korporativ tədbirlərin keçirilməsi zamanı təcrübələrdən toplanan bəzi olmazsa-olmaz nüansları təqdim edirik.

  1. Təyin edilən məqsədlərin idarə olunması: Məqsədiniz iştirakçılara üçün uyğun təyin edilən, çevik, əlçatan və zamana bağlı olmalıdır. Məsələn, 5 ay sonra keçiriləcək komanda quruculuğu tədbiri üçün şöbələrarası kommunikasiyanı 25% yaxşılaşdırmaq.
  2. Detallı büdcənin hazırlanması: Bütün xərclər dəqiq şəkildə hesablanmalı və gözlənilməz xərclər müəyyən məbləğə uyğun mütləq şəkildə nəzərə alınmalıdır.
  3. Zamanın düzgün idarə edilməsi: İşlərin düzgün vaxtda tamamlanması və qaydasında getməsi üçün tədbirə hazırlığın hər bir mərhələsi üçün son tarixlər müəyyən edilməli və ona ciddi əməl edilməlidir.
  4. Tərəfdaşların düzgün seçilməsi: Tədbir məkanın, təchizatçıların kimliyini və daha öncə bu istiqamətdə olan təcrübəsini araşdırmaq önəmlidir.
  5. Risklərin idarə olunması: Mütləq şəkildə tədbirin mahiyyətinə uyğun "B Planı" olmalıdır. Hava şəraiti pis ola, texniki problem yarana və ya əsas spiker gələ bilməsyə bilər. Bu zaman hansı addımların atıla biləcəyinə öncədən hazır olmaq faydalıdır.
  6. Tədbirdən sonra rəylərin toplanması: Tədbirdən sonra iştirakçılardan rəy almaq gələcək təcrübələr üçün işləri xeyli asanlaşdırır.

Ən yeni tədbirlərə buradan bax!

Planlaşdırma zamanı unikal işlər ortaya qoymaq üçün qlobal təcrübələrdən ilhamlanmaq yerinə düşər. Belə ki, korporativ tədbirlərin təşkilatçılığı baxımdan dünya təcrübəsində “Salesforce” şirkətini və onların hər il həyata keçirdiyi “Dreamforce” tədbirini nümunə çəkmək olar. “Salesforce” bulud əsaslı proqram təminatı şirkətidir. Onların “Dreamforce” tədbiri isə əsl festival kimi təşkil olunur. Belə ki, bu tədbir on minlərlə iştirakçını bir araya gətirir və günlərlə davam edir. Tədbirdə sektorun ən tanınmış simalarının çıxışları olur. Dünya şöhrətli musiqi qruplarının (məsələn, Metallica, Foo Fighters) iştirakı ilə böyük konsertlər təşkil edilir. Xeyriyyəçilik və sosial məsuliyyət layihələrinə geniş yer verilir. İştirakçılar üçün şəbəkələşmə imkanları yaradılır. Bu tədbirdən ilhamlanaraq öz təcrübələrinizə yeni rəng qata bilərsiniz. 

Komanda quruculuğu tədbirləri komandaya necə təsir göstərir?

Korporatv tədbirlərdən ürək dolusu danışırıq, bəs bu tədbirlər komanda daxilində və şirkətin inkişaf statistikasında rəqəmləri necə dəyişir? Sadə dillə desək, korporativ tədbirlər həyata keçirməklə, komanda və şirkətdə nələri dəyişə biləcəyiniz haqqında düşünsəniz, peaksalesrecruiting.com saytında yayımlanan beynəlxalq statistik nəticələrə və bu nəticələ əsasında hazırlanan aşağıdakı infoqrafikə göz atmaqda fayda var.

Korporativ nedir?

Azərbaycanda hansı şirkətlərdə korporativlər təşkil edilir?

Ölkəmizdə dövlət və özəl qurumlar daxil olmaqla, səhiyyə şirkətlərindən tutmuş banklara, sığorta şirkətlərinə, kənd təsərrüfatı şirkətlərinə qədər əksər şirkətlər öz əməkdaşları üçün müxtəlif korporativlər təşkil edir. Hətta bazarda bununla bağlı ciddi şəkildə rəqabət də var demək olar. Çünki şirkətlərin sosial media hesablarında bunlarla bağlı mütəmadi olaraq paylaşımlar edilir. Karyeranızı davam etdirmək üçün hansı şirkətlərdə çalışmaqla bağlı qərar verməkdə tərəddüd edirsinizsə, şirkətlərin adi Instagram hesabına göz gəzdirməyiniz kifayətdir. Həm daxildəki rəngarəngliyi, korporativ mühiti, istiqanlılığı və s. buradan anlamaq və buna uyğun daha asan qərar vermək mümkündür. Əgər spesifik olaraq ad çəkməli olsaq, ölkəmizdəki bankların demək olar hamısında ilin müxtəlif vaxtlarında fərqli-fərqli korporativlər həyata keçirilir. Korporativləri təşkil edən şirkətlər arasında isə  “Carlton”, “KitGroup”, “Boo.az” və s. kimi adlara rast gəlmək mümkündür. 

Həmçinin oxu: CEO olmaq üçün nələr lazımdır? CEO maaşları 2025

Korporativ tədbir ideyalarını hazırlamaq üçün haradan ideya tapmaq olar?

Əməkdaşların və iştirakçıların yaddaşından silinməyəcək korporativ tədbir ideyalarını tapmaq son dərəcə vacib nüanslardandır. Tədbirin məqsədinə, yerinə, zamanına və s. kimi aillərə görə bu ideyalar dəyişə bilir. Korporativ tədbir ideyaları barədə süni intellekt, yəni Aİ alətlərinə suallar ünvanlamaq olar. Bu alətlər komandanız üçün yaradıcı, məqsədyönlü və effektiv ideyaları avtomatik təklif edəcək. Məsələn, aşağıdakı kimi əmr yazmaq olar:

Şirkət əməkdaşları üçün təşkil edilən səyahət məqsədli korporativ tədbir üçün ideyalar təklif et.

İstəyə uyğun olaraq yazılan əmri daha da spesifikləşdirmək, genişləndirmək olar. Şirkətin hansı istiqamətdə fəaliyyət göstərdiyini, cinsiyyət statistikasını, iştirakçıların əyləncə zövqünü və s. əlavə edərək daha uyğun nəticə almaq mümkündür. Bundan başqa, “Youtube”da bu mövzuda axtarışlar edərək ölkəmizdə və xarici şirkətlərdə korporativlərin təşkil olunması barədə xeyli məlumatlar, oyunlar, videolar tapmaq olar. Həm canlı izləyərək, həm də məlumatlarla tanış olaraq bu idyeaların komandanız auyğun olub-olmadığına qərar verə bilərsiniz.

İstənilən halda korporativinizdə bizim də payımız olsun deyə, araşdırmalarımız əsasında tədbir təşkilatçılarının işinə yarayacaq bəzi ideyalar aşağıda yer alır:

İtmiş layihənin sirri

Şirkətə məxsus olan və məxfiliyi qorunması vacib olan bir layihənin prototipi ofisdən oğurlanıb və rəqiblərin əlinə keçmədən öncə tapılmalıdır. Əməkdaşlar kiçik komandalara bölünürlər. Hər komandaya ilkin ipucunu ehtiva edən bir ədəd məxfi sənəd verilir. İpucuları onları şəhərin fərqli nöqtələrinə (məsələn, İçərişəhərdə tarixi bir məkan) və ya böyük bir məkan daxilində fərqli otaqlara yönəldir. Hər nöqtədə onları tapmaca və ya tapşırıq gözləyir. Bu oyunun komanda daxilində problem həll etmə, analitik düşüncə, komanda daxili ünsiyyətin gücləndirilməsi baxımdan faydaları böyükdür.

Sağ qalmaq üçün mübarizə aparmaq

Peşəkar təlimçilərin rəhbərliyi ilə komanda təhlükəsiz, həm də iştirakçılara əsl macəra yaşadacaq tərzdə olan təbiət qoynuna aparılır (məsələn, Qobustan qayaları və ya Şamaxının dağlıq əraziləri). Onlar burada komandalara bölünür və birgə sağ qalmaq uğrunda mübarizə aparırlar. Buraya kompasla yön tapmaq, sığınacaq qurmaq, oddan istifadə etmədən su qaynağı tapmaq və ya suyu təmizləmək, alov qalamaq və s. aid ola bilər. Tapşırıqlar komanda şəklində yerinə yetirilir. Günün sonunda iştirakçılar özləri qurduqları ocağın ətrafında elə özlərinin bişirdikləri yeməkləri yeyərək gün ərzində baş verənlərdən danışaraq əylənə bilər. Bu tədbir iştirakçılar arasında bir-birinə güvən və etibar hissini dərinləşdirəcək, real problemləri həll etmə bacarıqlarını və komanda ruhunu gücləndirəcəkdir.

Cəmiyyətə fayda vermək

Şirkət bu tədbir vasitəsilə hazırda cəmiyyətdə daha çox müşahidə olunan sosial problemi ortaya qoyur (məsələn, tənha yaşayan yaşlılara texnoloji dəstək). Əməkdaşlar fərqli şöbələrdən ibarət komandalara bölünür, onlara 3 və ya 5 saat vaxt verilir ki, bu problemin həlli üçün innovativ, real və tətbiq edilə bilən bir layihə hazırlasınlar. Proses boyunca onlara qida, qəhvə və kreativ iş mühiti təmin edilir. Sonda komandalar öz layihələrini münsiflər heyəti (şirkət rəhbərliyi və QHT nümayəndələri) qarşısında təqdim edirlər. Qalib gələn layihənin reallaşdırılması üçün şirkət dəstək göstərir. Burada həm əməkdaşlar arasında bağ güclənir, onlarda cəmiyyətə fayda vermək hissi dərinləşir, həmçinin cəmiyyətin müəyyən təbəqəsi də bundan faydalanmış olur. 

Son olaraq qeyd edək ki, korporativ tədbirlər komanda quruculuğu üçün olduqca əhəmiyyətlidir, şirkət əməkdaşları arasında məhsuldarlığı artırır, komanda işini mükəmməlləşdirir, bazarda şirkətin imicini yaxşılaşdırır, istedadlı kadrların cəlbini artırır, seqmentdə şirkətin rəqiblərdən üstünlüyünü artırır. Məsafədən çalışan əməkdaşlar üçün də son dərəcə effektiv hesab olunur. Beynəlxalq statistikalar göstərir ki, komanda quruculuğu tədbirləri iş yerində münaqişələrin 20 % azalmasına səbəb ola olmaqla yanaşı, şirkətdə innovativliyi də 20 % çoxaldır. Odur ki iş yerinizdə zamanla özünüzü tənha hiss etməmək, tükənmişlik hissini keçirməmək üçün bu kimi tədbirləri mütləq şəkildə qaçırmayın və aktivliyinizi qoruyun. Həmçinin irili-xırdalı bütün şirkətlərə korporativ tədbirlər üzrə işlər həyata keçirməyi, bu kimi tədbirlərin syaını çoxaltmağı və getdikcə daha da təkmilləşdirməyi şiddətlə tövsiyə edirik. 

Ən son vakansiyalara buradan bax!

Dostunla paylaş:

whatsapptelegram
Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

Data analitik olmaq üçün hansı bacarıqlara sahib olmalısınız?

27 Jun 2025

Beynəlxalq münasibətləri oxuyanlar harada və necə iş tapa bilər?

22 Jun 2025

Merçendayzerlərin mütləq bilməli olduqları! Vəzifələr, Vakansiyalar

20 Jun 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram

Digər bloqlar

Vüqar Bünyatzadə
Vüqar Bünyatzadə

Təcrübələrini və öyrəndiklərini sizinlə bölüşən rəqəmsal marketinq mütəxəssisi1 həftə əvvəl

Rəqəmsal marketinq öyrənmək üçün əsas mənbələr!

1 həftə əvvəl
41 baxış
5
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

Data analitik olmaq üçün hansı bacarıqlara sahib olmalısınız?

1 həftə əvvəl
4 baxış
20
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

Uğurlu korporativ tədbirlər necə təşkil olunur? İdeyalar, Büdcə

1 həftə əvvəl
3 baxış
19
0 bəyənmə
Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing1 həftə əvvəl

Sadə dildə Agile vs Waterfall

1 həftə əvvəl
87 baxış
1
0 bəyənmə
Bahar Qaraxanova
Bahar Qaraxanova

Founder and Ceo | Accounting Trainer | Head Accountant1 həftə əvvəl

Mühasibatlıqda nə zaman əmək haqqı və vəzifə artımı olur?

1 həftə əvvəl
101 baxış
3
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Beynəlxalq münasibətləri oxuyanlar harada və necə iş tapa bilər?

2 həftə əvvəl
122 baxış
18
0 bəyənmə
Bütün bloqlara keç