19 İyun 2025 | Maliyyə
Mühasibatlıqda təlimlərə getməyə dəyərmi?

Mühasibatlıqda təlimlərə getməyə dəyərmi?
Bu sual mənə tez-tez verilir. Cavabım isə qısa və sadədir: Dəyər! Amma… doğru təlimə.
Mühasibatlıq nəzəriyyədən daha çox praktikanın danışdığı bir sahədir.
Bu sahəyə yeni başlayan biri üçün internetdəki minlərlə məlumatın içindən düzgün yol tapmaq həm vaxt itkisinə, həm də motivasiya azalmasına səbəb ola bilər.
Bu baxımdan düzgün qurulmuş təlimlər, sizin üçün illərlə çəkəcək yolu bir neçə ayda keçməyə imkan verə bilər.
Amma gəlin açıq danışaq bazarda elə təlimlər də var ki:
▫️Tələbəni sırf sertifikata görə cəlb edir,
▫️Nəzəri biliklə kifayətlənir,
▫️Real iş həyatına hazırlamır,
▫️Və sonda “özünüz taparsınız artıq” deyə məsuliyyətdən yayınır.
Bəs necə bilək dəyərmi, dəyməzmi?
Təlimə getməyə dəyər, əgər:
▪️Müəllimin özü real iş təcrübəsinə malikdirsə,
▪️Əldə edəcəyiniz nəticə – məsələn, bir hesabatı təkbaşına hazırlamaq kimi – konkret və ölçüləbiləndirsə,
▪️Təlim yalnız nəzəriyyə deyil, praktiki nümunələrlə zəngindirsə,
▪️Sizi real proqramlarla, real sənədlərlə işləməyə hazırlaşdırırsa.
Əks halda, sadəcə vaxt və pul itirmiş olursunuz.
Öyrənmək istəyirsinizsə təlimə gedin. Amma təlim seçiminizə tənqidi yanaşın.
Unutmayın, təlim sizi “bilikli” edə bilər, amma doğru təlim sizi “hazır mühasib”ə çevirə bilər.
▫️Mən özüm də bu sahəyə başlayanda elə təlimlərlə qarşılaşdım ki, nə praktik bilik verdilər, nə də yol göstərdilər.
▫️Ona görə Capital Corporation Academy-ni quranda ən çox bu boşluğu doldurmaq üçün çalışdım.
▫️Təlimdən çıxan tələbə artıq mühasib olmalıdır baxış bucağımız budur.
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.1 ay əvvəl
