31 May 2025 | Digər
May ayı keçirilən sorğunun nəticləri və qalibləri

May ayında keçirdiyimiz məmnuniyyət sorğusunun nəticələri açıqlandı!
Hər şeyi olduğu kimi, sizinlə də bölüşürük. ✨
Bu müddətdə 178 nəfər forma doldurdu. Hər bir iştirakçı ilə əlaqə saxlanılıb və balanslar yaxın zamanda profillərinə əlavə olunacaq.
Əvvəlcə qeyd edək ki, çox dəyərli və bizim belə düşünmədiyimiz təkliflər aldıq. Bu rəylər bir daha sübut etdi ki, gənclərimizə şərait yaradıldıqda onların nə qədər yaradıcı və potensiallı olduqları ortaya çıxır. Təşəkkür edirik! 💬🙌
💸 Balans necə istifadə olunur?
Əldə etdiyiniz balansı Work.az daxilində keçiriləcək faydalı tədbirlərə, təlimlərə və digər ödənişli imkanlara sərf edə bilərsiniz.
Daha ətraflı öyrənmək üçün linkə keçid edin:
🔗 Balans nədir və necə istifadə olunur?

Bu sorğudan çox önəmli nəticələr əldə etdik – hər birinizə dəyərli töhfələriniz üçün təşəkkür edirik.
Sorğuya qoşulanların sayı çox olduğuna görə hər biri ilə tədricən əlaqə saxlanılır və balansları profilə əlavə olunacaq.
Qeydiyyatsız şəkildə sorğunu dolduran iştirakçılardan isə xahiş edirik ki, saytda qeydiyyatdan keçsinlər, əks halda balans əlavə edilə bilməyəcək.
🎉 Qaliblərimiz
Aşağıdakı şəxslər verdikləri unikal, dəyərli və praktik təkliflərə əsasən seçilmişdir.
Doğrudur, çox sayda faydalı fikir aldıq, lakin ən yaradıcı və bizim üçün real tətbiq imkanları olan təkliflər dəyərləndirilərək seçim edildi.
Qaliblərimizi təbrik edirik! 🎁 Hər biri yaxın zamanda 50 AZN-lik Əli və Nino hədiyyə kartı ilə mükafatlandırılacaq. 📚
🏆 Qaliblər:
- Fəridə Fətəli – Çox geniş və dərin təhlillə yazdığı rəy bütün komandamıza faydalı oldu.
- Aytac Xəlilova – Yalnız bir ideya və bir konkret həll təklifi ilə seçilənlərdən oldu.
- Sevinc Kərimova – Sayt üçün iki əsas təklifini və yaradıcı ideyalarını bölüşdü.
- Xanım Hacızadə – Məsələləri konkret göstərib, üç orijinal fikir irəli sürdü.
- Aytən Ağayeva – Saytdakı əsas, lakin gözə çarpmayan problemi diqqətə çatdırdı və maraqlı təkliflər verdi.
Əgər seçimlə bağlı hər hansı sualınız və ya fikir bildirmək istəyiniz varsa, bizə açıq şəkildə yaza bilərsiniz.
Seçim prosesi tam şəkildə komandamızın ortaq qərarına əsasən aparılıb və vaxt ayıraraq düşünülmüş rəy bildirənlərə üstünlük verilib.
Təklif və problemləri burada paylaşmırıq, çünki bu məlumatlar daxili analiz və verilən şəxsi məlumatlar səbəbilə məlumat bazamızda məxfi saxlanılır. Sorğu nəticələrinin paylaşılması isə etik qaydalara uyğun deyil.
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.1 ay əvvəl
