work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • İş elanı yerləşdirmək zamanı rəqiblərdən necə üstün olmaq olar?

20 İyul 2025 | Xidmət

İş elanı yerləşdirmək zamanı rəqiblərdən necə üstün olmaq olar?

0
24 baxış
14
İş elanı yerləşdirmək zamanı rəqiblərdən necə üstün olmaq olar?

İş elanı yerləşdirmək qaydaları 2025 - İş elanı necə hazırlanır?

Günümüzdə sosial şəbəkələrdə, media kanallarında müxtəlif iş elanları ilə qarşılaşmaq mümkündür. İşəgötürənlər təcrübəçilərdən tutmuş istedadlı mütəxəssislərə qədər hər kəsin mütləq ki, hər hansısa rəqəmsal media kanallarından ən azı birini istifadə etdiyini anlayır və bu baxımdan vakansiyalar mütəmadi olaraq göz önümüzə tez-tez çıxır. Vakansiyalarla yanaşı, həmçinin iş elanlarının tənqidi ilə də tez-tez qarşılaşa bilirik. İstər əməkhaqqı azlığı, istər görüləcək işlərin vəzifə adı ilə uyğunlaşmaması olsun bir çox mövzularda fikir ayrılqıları müşahidə olunur. Bu tənqidlər bəzən şirkətlərin nüfuzuna da xələl gətirə bilir. Çünki yüz minlərlə istifadəçisi olan sosial media kanalları müəyyən şirkət haqqında, şirkətin əməkdaş heyəti haqqında fikir formalaşsdırmaq üçün kifayət qədər böyük gücə malikdir. Hətta hazırda sosial mediada, internetdə yayılan informasiyalar, bu tənqidlər, fikirlər əsasında istifadəçilərin sorğularını cavablayan süni intellekt vasitələri də bu işə öz sürət imzasını qoyur. Artıq iş elanı tərtib edərkən, paylaşarkən işəgötürənlər, insan resursları əməkdaşları maksimum dərəcədə bu işə diqqətlə yanaşmalıdır. Sadəcə bir balaca diqqətsizlik uzun illər insanların yaddaşından silinməyəcək izlər buraxa bilər. Odur ki bu gün sizə iş elanları, iş elanları hazırlamaq qaydası, iş elanları formaları, vakansiya şablonları haqqında və digər məqamlar haqqında danışacağıq. Bunun üçün ilk olaraq is elani nedir? sualına cavab tapaq.

Bizi sosial mediada da izləyin!

İş elanı nedir?

İş elanı şirkətin və ya təşkilatın mövcud vakant vəzifəni doldurmaq üçün potensial namizədləri məlumatlandırmaq və müraciət etməyə təşviq etmək məqsədilə yaydığı rəsmi elan məlumatıdır. İşəgötürən və işaxtaran məhz bu nöqtədə bir araya gəlir və gələcək addımlar barədə müəyyən qərarlar qəbul edir. İş elanları şirkətdə müxtəlif vəzifələrə istedadlı kadrları cəlb etməklə yanaşı, komandaların genişləndirilməsinə, işlərin düzgün idarə edilməsinə nail olmaq, şirkətin dəyərini artırmaq, bazarda imicini formalaşdırmaq və onu işəgötürən kimi bazarda fərqləndirmək məqsədi daşıyır.

İş elanı yerləşdirmək qaydası necədir?

İs elani yerlesdirmek bəzən qulağa sadə səslənə bilər. Ancaq vakansiyanın adının yazılmasından tutmuş elanda qeyd olunan hər bir nüans şirkət, şirkətin əməkdaşları, missiya və vizyonu, əməkdaşlarına göstərdiyi diqqət və qayğı, qazandırdığı üstünlüklər, şirkətin gələcəyə baxışı və s. barədə fikir formalaşdırır. Böyük şirkətlərdə xüsusi insan resursarı departamenti olsa da kiçik bizneslər üçün bu keçərli olmaya bilər. Odur ki gəlin həm irili-xırdalı şirkətlər üçün, həm də hazırda insan resursu əməkdaşı olmağa hazırlaşanlar üçün “İdeal iş elanı necə hazırlanır?” sualına cavab tapmağa çalışaq..

İs elani hazirlamaq qaydalari

  1. Vəzifəni araşdırın: Elanı yazmazdan əvvəl vəzifəni dərindən anlamalısınız. Bu vəzifənin əsas məsuliyyətləri nələrdir? Komandada hansı rolu oynayacaq? Uğurlu bir namizəd hansı bacarıqlara, təcrübəyə və şəxsi keyfiyyətlərə malik olmalıdır? Bu sualların cavabları elanın məzmununu formalaşdıracaq.
  2. Hədəf auditoriyanızı müəyyənləşdirin: Hansı tip namizədi cəlb etmək istəyirsiniz? Təcrübəli bir mütəxəssis, yoxsa yeni məzun? Bu, elanın dilini, tonunu və yerləşdiriləcəyi platformanı seçməkdə sizə kömək edəcək.
  3. Cəlbedici mətn hazırlayın: Elanın mətni aydın, səlis və maraqlı olmalıdır. Şirkətiniz, layihələriniz və iş mühiti haqqında məlumat verərək potensial namizədlərdə maraq oyadın.
  4. Doğru platformanı seçin: Elanı harada yerləşdirəcəyiniz onun effektivliyinə birbaşa təsir edir. Hədəf auditoriyanızın aktiv olduğu platformaları (iş elanı saytları, sosial media şəbəkələri) seçin.
  5. Müraciət prosesini sadələşdirin: Namizədlərin müraciət etməsi üçün mürəkkəb və uzun proseslər yaratmaqdan çəkinin. Bir neçə kliklə müraciət imkanı təmin etmək, daha çox müraciət almağınıza səbəb olacaq. Xırda bir məqamı unutmayın ki, bəzən olduqca istedadlı mütəxəssislərin bəzən vakansiyaya müraciət etməyə də vaxtı olmaya bilir. Halbuki sizin şirkət onun üçün dəyərli iş yeri olsa belə.

İş elanlarının hazırlanması barədə qaydalarla tanış olduqdan sonra işinizə yarayacaq maraqlı statistika ilə tanış olmağa dəyər. Belə ki, bu nəticələr istedadlı və peşəkar mütəxəssislərin vakansiyalara niyə müraciət etmədiklərini əhatələyir.

iş elani yerləşdirmək

Həmçinin oxu: İş müsahibələrində ən çox verilən suallar və cavabları!

Mükəmməl iş elanı formaları necə olur?

Strukturlaşdırılmış və aydın format namizədin elanı daha rahat oxumasına və anlamasına kömək edir. İdeal iş elanı yerləşdirmək forması aşağıdakı bölmələrdən ibarət olarsa, daha məqsədəuyğun olar:

  • Cəlbedici başlıq: Vəzifənin adı aydın və konkret olmalıdır. "Marketinq mütəxəssisi" kimi standart başlıqlar yerinə, "Rəqəmsal marketinq üzrə böyüyən komandamıza lider axtarırıq!" kimi daha dinamik başlıqlar istifadə etmək olar.
  • Şirkət haqqında qısa və maraqlı məlumat: Şirkətinizin missiyası, dəyərləri və iş mühiti haqqında bir neçə cümlə ilə məlumat verin. Namizəd niyə məhz sizin şirkətinizdə işləmək istəməlidir?

Məsələn: X şirkəti olaraq innovativ texnoloji həllər yaradaraq insanların həyatını asanlaşdırmağı hədəfləyirik. Gənc və dinamik komandamızda hər bir üzvün fikrinə dəyər verilir və böyümək üçün bərabər imkanlar yaradılır.

  • Vəzifənin təsviri: Bu bölmədə vəzifənin əsas məqsədini və gündəlik öhdəliklərini aydın şəkildə sadalayın. Namizəd bu rolda nə edəcəyini dəqiq anlamalıdır.

Məsələn: Büdcənin hazırlanması və proqnozlaşdırılması proseslərində iştirak etmək; Aylıq və rüblük maliyyə hesabatlarını hazırlamaq; Maliyyə modellərini qurmaq və təkmilləşdirmək.

  • Tələblər: Namizəddən gözlənilən bilik, bacarıq və təcrübələri dəqiq şəkildə qeyd edin. Tələbləri "vacib" və "arzuolunan" olaraq iki hissəyə ayırmaq daha effektivdir.

Məsələn:

Vacib tələblər: Ali təhsil (Maliyyə, İqtisadiyyat); Əlaqəli sahədə minimum 3 il iş təcrübəsi; MS Excel proqramını yüksək səviyyədə bilmək.

Arzuolunan tələblər: Sertifikatların olması, İngilis dilini sərbəst bilmək.

  • Nə təklif edirsiniz? Bu, namizədi cəlb etmək üçün ən güclü vasitələrdən biridir. Yalnız əməkhaqqını deyil, digər üstünlükləri də qeyd edin.

Məsələn: Rəqabətədavamlı əməkhaqqı; Tibbi sığorta paketi; Peşəkar inkişaf və təlim imkanları; Müasir ofis şəraiti və pozitiv komanda mühiti; Hibrid iş qrafiki (həftədə 2 gün evdən işləmək imkanı)."

  • Müraciət qaydası: Müraciətin son tarixi, tələb olunan sənədlər (CV, portfolio və s.) və müraciətin hansı kanalla (e-mail, sayt üzərindən) ediləcəyi barədə aydın təlimat verin.

İşaxtaranlar hansı iş elanlarından uzaq qaçır? - İş elanı yerləşdirmək

Təcili iş elanları, 500 manatlıq iş elanları (yəni daha az maaşlı), 5000 manatlıq iş elanları (yüksək maaşlı iş elanları), hətta təcrübəsiz iş elanları yerləşdirməkdən asılı olmayaraq, bütün iş elanları üçün “red flag”lər vardır ki, onlara yol vermək məsləhət görülmür. Yəni istər təcrübəli, istər təcrübəsiz, istər yüksək, istərsə də az maaşlı vakansiya paylaşmağınızdan asılı olmayaraq, namizədlərin ürəyini oxşayan elanlarla təkcə bu gün yox, həmişəlik onların yaddaşında öz brendiniz, şirkətiniz haqqında xoş təsüratlar formalaşdırmaq olar.

Real görünməyən tələblər: 2 il təcrübəli bir mütəxəssisdən 10 fərqli proqramı mükəmməl bilməsini və eyni anda 5 fərqli sahə üzrə məsuliyyət daşımasını gözləmək. Bu, potensial namizədləri qorxudur və müraciət sayını kəskin şəkildə azaldır.

Əməkhaqqının göstərilməməsi: Namizədlərin ən çox diqqət etdiyi məqamlardan biri əməkhaqqıdır. "Razılaşma yolu ilə" ifadəsi çox vaxt aşağı maaş təklifi kimi yozulur və bir çox ixtisaslı namizədin müraciət etməsinin qarşısını alır. Ən azından maaş aralığını göstərmək daha cəlbedicidir.

Anlaşılmaz ifadələrdən istifadə: "Nəticəyönümlü", "multitaskinq bacarığı olan", "stresə davamlı komanda oyunçusu" kimi ifadələr öz mənasını itirib. Bunun əvəzinə, konkret olaraq hansı nəticələri və hansı şəraitdə işləməyi gözlədiyinizi izah edin.

Şirkət mədəniyyətini əks etdirməmək: Elan yalnız tələblər siyahısı olmamalıdır. Şirkətinizin mühiti, dəyərləri və komanda ruhu haqqında məlumat verməmək, namizədin şirkətinizlə emosional bağ qurmasına mane olur.

Diskriminasiya yaratmaq: Məcburi şərtlər çərçivəsində bəzi vakansiyalar istisna olmaqla, bütün iş elanlarında yaş, cins, ailə vəziyyəti və digər şəxsi məlumatlara dair tələblər qoymaq şirkətin imicinə ciddi zərər vura bilər. Məsələn, "25-30 yaş arası xanım namizəd" ifadəsi bir o qədər də xoş qarşılanmır.

Mövzudan çox uzaqlaşmadan “Indeed İşçi Qüvvəsi İcmal Hesabatı”nın 2024-cü ildə yayımlanan hesabatına bir balaca nəzər salaq. Hesabatda işaxtaranların sevmədiyi iş elanları barədə maraqlı statistik nəticə yayımlanmışdı.

is elani yerlesdirmek

İs elani yerlesdirmek üçün hansı saytlar var?

Azərbaycanda iş elanları yerləşdirmək üçün bir çox populyar onlayn platformalar mövcuddur. Bu istiqamətdə fəaliyyət göstərən work.az platforması öz növbəsində işaxtaranlara və işəgötürənlərə öz hədəflərinə uğurla çatmaq üçün ideal iş və namizəd axtarışı mühiti yaradır. Work.az saytında iş elanı yerləşdirmək prosesi olduqca sadədir. İlk növbədə saytdan qeydiyyatdan keçirsiniz. Vakansiyalar bölməsinə daxil olaraq iş elanlarınızı yerləşdirməyə başlayırsınız. 

İş axtaranlar elana baxdıqda ilk saniyədə nə axtarır?

Təcrübə göstərir ki, işaxtaranlar bir elana orta hesabla cəmi bir neçə saniyə vaxt ayırırlar. Bu qısa müddətdə onların diqqətini çəkən əsas məqamlar bunlardır:

  1. Vəzifənin adı: Ad aydındırmı və onların axtardığına uyğundurmu?
  2. Əməkhaqqı: Maaş göstərilibmi və onların gözləntilərinə cavab verirmi? Bu, ən vacib filtrlərdən biridir.
  3. İş yeri ünvanı: Şirkətin yerləşdiyi ünvan onların yaşam tərzinə uyğundurmu?
  4. Şirkətin adı və reputasiyası: Tanınmış və ya müsbət imicə malik bir şirkətdirmi?

Əgər bu dörd element namizədin ilkin gözləntilərini qarşılayırsa, o zaman elanın qalan hissəsini, vəzifə öhdəliklərini, tələbləri və təklif olunan üstünlükləri oxumağa davam edəcək.

Bu günə olan iş elanları üçün hansı trendlər aktualdır?

İşəgötürmə dünyası dinamikdir və texnologiyanın inkişafı ilə daim dəyişir. 2025-2026-cı ildə iş elanları sahəsində aşağıdakı trendlərin daha da aktuallaşacağı gözlənilir:

  • Videoçarxlı iş elanları: Mətn əsaslı elanlar yerini getdikcə qısa və cəlbedici videolara verir. Videolarda ofis mühitini, komanda üzvlərini göstərmək və birbaşa menecerin dilindən vəzifə haqqında danışmaq daha səmimi və təsirli bir təəssürat yaradır.
  • Süni İntellekt (AI) ilə optimallaşdırma: AI alətləri elan mətnlərini daha inklüziv (cinsiyyətçi və ya diskriminasiya yaradan ifadələrdən təmizlənmiş) etmək, açar sözləri optimallaşdıraraq doğru namizədlərin axtarış nəticələrində görünməsini təmin etmək üçün istifadə olunacaq.
  • Fərdiləşdirmə: Ümumi elanlar yerinə, konkret bacarıq dəstlərinə və ya peşəkar qruplara hədəflənmiş xüsusi elanlar daha effektiv olacaq. LinkedIn kimi platformalarda müəyyən bir şirkətin işçilərinə və ya müəyyən bir universititetin məzunlarına hədəflənmiş reklam kampaniyaları artacaq.
  • Uzaqdan və hibrid işin vurğulanması: İşin çevikliyini (uzaqdan, hibrid, sərbəst qrafik) vurğulamaq ən yaxşı istedadları cəlb etmək üçün kritik amil olaraq qalacaq. Elanlarda bu şərtlər aydın şəkildə göstərilməlidir.
  • Şəffaflıq və dürüstlük: Namizədlər "parlaq" korporativ dilə deyil, səmimiyyətə və şəffaflığa daha çox dəyər verirlər. Şirkətin çətinlikləri, gözləntiləri və real iş mühiti haqqında dürüst olmaq uzunmüddətli perspektivdə daha uyğun işçilər tapmağa kömək edəcək.

Həmçinin oxu: HR olmaq üçün haradan və necə başlamaq lazımdır?

Nəticə olaraq effektiv iş elanı hazırlamaq istedadların cəlb edilməsi prosesində həlledici rol oynayır. Yuxarıda qeyd olunan qaydalara və trendlərə diqqət yetirməklə, şirkətinizin uğuruna uzunmüddətli töhfə verəcək doğru istedadı tapa bilərsiniz. Bundan başqa, karyerasında yenu addımlayan namizədlər də məqaləmizdən öz payını ala bilər. Belə ki, toxunduğumuz məqamlar yeni işaxataranlar üçün hansı iş elanlarının daha perspektivli, daha düzgün olduğunu, onların maraqlarını təmin etdiyini və s. kimi məqamları daha tez və uzaqgörən baxışlarla anlamaq üçün faydalı olacaqdır. 

İstər iş elanı hazırlayan, istər iş elanı axtaran olmağınızdan asılı olmayaraq, karyera yollarınız və başqalarına karyera qurmağa açdığınız yollar hər zaman ürəyinizcə olması diləyi ilə, məqaləmizi oxuduğunuz üçün təşəkkürlər!

Bizi sosial mediada da izləyin!

Dostunla paylaş:

whatsapptelegram
Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

50 manatla biznes qurmaq mümkündürmü? İlk sən öyrən!

12 Aug 2025

12 Möhtəşəm Biznes Qurmaq üçün İdeyalar!

12 Aug 2025

Azərbaycanda Olmayan 17 İdeya - Bazara İlk Girən Siz Olun!

03 Aug 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram
Loading...

Digər bloqlar

Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

50 manatla biznes qurmaq mümkündürmü? İlk sən öyrən!

6 gün əvvəl
93 baxış
7
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

12 Möhtəşəm Biznes Qurmaq üçün İdeyalar!

6 gün əvvəl
89 baxış
9
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Azərbaycanda Olmayan 17 İdeya - Bazara İlk Girən Siz Olun!

2 həftə əvvəl
96 baxış
12
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Ekspeditor olaraq necə daha çox qazanmaq olar? Ekspeditor vakansiyaları

2 həftə əvvəl
30 baxış
15
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Whatsapp dan pul qazanmaq necə olur?

2 həftə əvvəl
34 baxış
6
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Frilans nədir?

2 həftə əvvəl
51 baxış
12
0 bəyənmə
Bütün bloqlara keç