15 Noy 2026
Women Scholarship – Xanım mühəndislər üçün təqaüdlü təcrübə proqramı!

Coca-Cola İçecek şirkəti mühəndislik sahəsində təhsil alan xanım tələbələr üçün Women Scholarship proqramına qeydiyyat elan edir.
Proqramın məqsədi istehsalat sahəsində qadın mühəndislərin inkişafına dəstək olmaq, gənc mütəxəssislərə real iş mühitində təcrübə qazanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaqdır.
Proqram çərçivəsində iştirakçılara:
Şirkətin İstehsalat komandasında təcrübə keçmək;
Real iş mühitində praktiki bilik və bacarıqlar əldə etmək;
Təcrübə müddətində təqaüd (scholarship) almaq imkanı təqdim olunur.
Kimlər müraciət edə bilər?
Aşağıdakı mühəndislik ixtisasları üzrə bakalavr və ya magistratura səviyyəsində təhsil alan son kurs xanım tələbələr:
-Avtomatlaşdırma mühəndisliyi
-Mexanika mühəndisliyi
-İnformasiya texnologiyaları
-Neft və qaz mühəndisliyi
-Qida mühəndisliyi
-Materialşünaslıq mühəndisliyi
-Sənaye mühəndisliyi
-Elektrik və elektronika mühəndisliyi
-Energetika mühəndisliyi
-Cihazqayırma mühəndisliyi
-Mexatronika və robototexnika mühəndisliyi
-Mühəndislik biznesinin idarə edilməsi
Əlavə tələb: Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək.
📅 Son müraciət tarixi: 25 noyabr 2026-cı il
🔗 Qeydiyyat linki: https://bit.ly/3VkdL2b
Mühəndislik sahəsində özünü inkişaf etdirmək, istehsalat təcrübəsi qazanmaq və peşəkar karyerasına yeni imkanlarla başlamaq istəyən xanım tələbələrimizi bu fürsətdən yararlanmağa dəvət edirik!
Azerbaijan State Oil and Industry University • ASOIU
Uğurlar! 🌟
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank1 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank3 həftə əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank3 həftə əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank3 həftə əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.1 ay əvvəl
