16 Noy 2026
Qadın sahibkarlığına dəstək üçün 60.000 AZN!

Birbank Biznes və Visa qadın sahibkarlığına dəstək verən “She’s Next” təşəbbüsünün dördüncü dalğasına start verib.
Bu mərhələ “She’s Next in Digital” adı altında keçirilir və iştirakçıların rəqəmsal bacarıqlarını gücləndirməyə, ekspert dəstəyi almağa yönəlib. Proqramın ümumi qrant fondu 60 000 AZN-dir və bu məbləğ uğurlu iştirakçılar arasında bölünəcək.
“Bir addımla başla!” şüarı ilə təşkil olunan layihə həm artıq fəaliyyət göstərən biznes sahiblərinə, həm də yalnız ideya mərhələsində olan qadınlara açıqdır. Müraciətlər dörd istiqamət üzrə qəbul edilir: rəqəmsallaşmanı prioritet sayan bizneslər üçün “Rəqəmsal”, sosial təsir yaradan təşəbbüslər üçün “Sosial”, regionların inkişafına töhfə verən layihələr üçün “Regional” və yeni başlayanlar üçün ayrıca kateqoriya.
Hər kateqoriyada iki qalib müəyyənləşəcək, beləliklə, ümumilikdə səkkiz sahibkar maliyyə dəstəyi qazanacaq.
She’s Next ilk dəfə Gəncə və Şəkidə də təşkil olunacaq.
Bu görüşlər qadınlara proqram barədə ətraflı məlumat almaq, qeydiyyatda kömək əldə etmək və təcrübə mübadiləsi aparmaq imkanı verəcək.
Qeydiyyat 30 noyabr 2026-cı il tarixinədək davam edir, müraciət üçün shesnext.az saytına daxil olmaq kifayətdir.
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank1 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank3 həftə əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank3 həftə əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank3 həftə əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.1 ay əvvəl
