12 Avq 2026

Texnologiya sahəsində karyera qurmaq, praktiki biliklərini inkişaf etdirmək və real layihələr üzərində işləmək istəyən gənclər üçün yeni fürsət yaradılıb. Bir ekosistemi “Code Camp” İT təcrübə proqramına qeydiyyat elan edib.
Proqram iştirakçılara təcrübəli İT mütəxəssislərinin mentorluğu ilə müxtəlif texnoloji istiqamətlərdən birini seçərək bilik və bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edir.
Namizədlər aşağıdakı 6 istiqamətdən birini seçə bilərlər:
“Code Camp” müddətində iştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməyəcək. Proqram çərçivəsində real məhsul və layihələr üzərində işləmək, əldə olunan bilikləri praktikada tətbiq etmək və peşəkar təcrübə qazanmaq mümkün olacaq.
İştirakçılar eyni zamanda geniş istifadəçi auditoriyası üçün hazırlanan texnoloji həllərin yaradılması prosesində yaxından iştirak etmək şansı əldə edəcəklər.
Proqrama müraciət üçün son tarix 25 avqust 2026-cı ildir.
İT sahəsində ilk peşəkar addımlarını atmaq və gələcək karyerasını texnologiya istiqamətində qurmaq istəyən namizədlər uyğun istiqaməti seçərək “Code Camp” proqramına müraciət edə bilərlər.