24 Noy 2026

📢 Bakıda iş axtaranlar üçün yeni fürsət – Əmək yarmarkası keçiriləcək!

📢 Bakıda iş axtaranlar üçün yeni fürsət – Əmək yarmarkası keçiriləcək!

Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə 26 və 27 noyabr tarixlərində əmək yarmarkaları keçiriləcək.

İş axtaran şəxslər müxtəlif vakansiyalarla tanış olmaq, işəgötürənlərlə birbaşa görüşmək və yeni karyera imkanlarını dəyərləndirmək fürsəti əldə edəcəklər.

📍 26 noyabr 2026
▪️ Ünvan: Binəqədi rayonu, Binəqədi şosesi 304 (“Bazarstore” mağazalar şəbəkəsinin Binəqədi filialı)
🕚 Saat: 11:00–13:00

📍 27 noyabr 2026
▪️ Ünvan: Səbail rayonu, Nizami küçəsi 90A (The Landmark Hotel Baku)
🕚 Saat: 11:00–13:00

İştirakçılar üçün vacib məlumatlar:
✅ Şəxsiyyət vəsiqəsinin təqdim edilməsi mütləqdir.
✅ CV ilə gəlmək tövsiyə olunur.
✅ Vakansiyalar, vəzifə öhdəlikləri və iş şərtləri barədə ətraflı məlumat yarmarkada təqdim ediləcək.

🚀 Yeni karyera imkanlarını dəyərləndirmək üçün bu fürsəti qaçırmayın!

🔄 Paylaşaraq iş axtaran şəxslərin də məlumatlı olmasına dəstək olun.

 

Dostunla paylaş:

whatsapptelegram