Xərclərə nəzarət üzrə aparıcı analitik

43 baxış

Xərclərə nəzarət üzrə Aparıcı Analitik

Şirkət: Araz Supermarket MMC
Vəzifə: Xərclərə nəzarət üzrə Aparıcı Analitik

Vəzifə öhdəlikləri

  • Şirkətin əməliyyat və inzibati xərclərinin mütəmadi monitorinqini həyata keçirmək;
  • Faktiki xərcləri büdcə və plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları analiz etmək;
  • Xərc artımlarının səbəblərini müəyyənləşdirmək və optimallaşdırma imkanlarını təhlil etmək;
  • Filiallar, departamentlər və xərc mərkəzləri üzrə xərclərin analizini aparmaq;
  • Aylıq, rüblük və illik xərc hesabatlarını hazırlamaq;
  • Xərc dinamikası və trend analizləri aparmaq;
  • Büdcələşdirmə və proqnozlaşdırma (forecast) proseslərinə analitik dəstək göstərmək;
  • Xərclərin effektivliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Maliyyə, satınalma və digər aidiyyəti departamentlərlə koordinasiyalı işləmək;
  • Rəhbərlik üçün analitik təqdimatlar və idarəetmə hesabatları hazırlamaq.

Namizədə tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahədə ali təhsil;
  • Analitika, maliyyə nəzarəti, büdcələşdirmə və ya xərc analizi sahəsində iş təcrübəsi;
  • Pərakəndə ticarət (Retail/FMCG) sektorunda təcrübə üstünlükdür;
  • Microsoft Excel proqramı üzrə yüksək səviyyədə bilik;
  • Böyük həcmli məlumatlarla işləmək və analitik hesabatlar hazırlamaq bacarığı;
  • Maliyyə göstəricilərini analiz etmək və nəticələri biznes dilində təqdim etmək bacarığı;
  • Diqqətlilik, sistemlilik və güclü analitik düşüncə;
  • SAP proqramı ilə iş təcrübəsi üstünlükdür;
  • Power BI bilikləri üstünlükdür.

Müraciət qaydası

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xərclərə nəzarət üzrə Aparıcı Analitik” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2026-12-14
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:14/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 300 vakansiyanı gör