ADORE Kompani MMC (Bakıda və Azərbaycanın regionlarında fəaliyyət göstərən parfümeriya və kosmetika mağazaları şəbəkəsi) komandasına Baş mühasib dəvət edir. Vəzifə Maliyyə direktoruna tabedir.
Əsas vəzifələr:
Şirkətin mühasibat uçotunun təşkili və ona tam nəzarət
Aylıq, rüblük və illik vergi və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
Vergi orqanlarının sorğularının cavablandırılması, kameral uyğunsuzluqların aradan qaldırılması
Xərc sənədlərinin düzgün rəsmiləşdirilməsinə və 1C-də əks olunmasına nəzarət
Mühasibat əməkdaşlarının işinin təşkili və nəzarəti
Audit yoxlamaları üçün lazımi hesabatların hazırlanması
1C ERP üzrə problemlərin aşkarlanması və proqram tərəfdaşı ilə birgə həlli
Tələblər:
İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil
Mühasibatlıqda ən azı 5 il təcrübə, o cümlədən ən azı 2 il baş mühasib (və ya müavini) vəzifəsində
Azərbaycan Respublikasının Vergi Məcəlləsini, mühasibat uçotu standartlarını və statistik hesabatlılıq qaydalarını dərindən bilmək
ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində vergi və məcburi sosial ödənişlər üzrə hesabatların tam dövrünü müstəqil aparmaq təcrübəsi
e-taxes.gov.az elektron kabinetində və kameral yoxlamalar üzrə iş təcrübəsi
1C 8.3 (ERP konfiqurasiyası) proqramında peşəkar səviyyədə iş
MS Excel – yüksək səviyyədə
Komandanı idarəetmə bacarığı, məsuliyyət və dəqiqlik
Azərbaycan dili – mükəmməl; rus dili – arzuolunandır
Üstünlük verilir:
Regional filialları olan pərakəndə satış, ticarət və ya distribusiya şirkətində təcrübə (mal-material uçotu, inventarizasiya, idxal əməliyyatları)
Auditorlarla iş təcrübəsi
MHBS bilikləri, ACCA / DipIFR və ya peşəkar mühasib sertifikatı
Təklif edirik:
Rəsmi əmək müqaviləsi və sosial təminat
Əmək haqqı – razılaşma əsasında
5 günlük iş həftəsi
Sabit və inkişaf edən şirkətdə uzunmüddətli iş
Maraqlananlar cv-lərini [email protected] mail adresinə göndərə bilərlər.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
OBA Market
OBA Market
1200 — 1500
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Minimum 3000
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən