Aparıcı Mühasib

227 baxış

Fintrack

Namizədə Dair Tələblər:
 

Təhsil: Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi sahəsində ali təhsil.
İş Təcrübəsi: Müvafiq sahədə (istehsalat, tikinti, ticarət və ya xidmət sektorunda) minimum 3–5 il iş təcrübəsi (Aparıcı mühasib və ya Baş mühasib müavini qismində təcrübəsi olanlara üstünlük verilir).
 

Mütləq Biliklər :
Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və Mühasibat Uçotu Standartlarını  yüksək səviyyədə bilmək.
1C (8.3 və ya müvafiq versiyalar) proqramında sərbəst işləmək bacarığı.
MS Excel proqramını qabaqcıl səviyyədə bilmək (mürəkkəb düsturlar, pivot cədvəllər, hesabat cədvəlləri).
Arzuolunan Biliklər:
ACCA F3 və ya PMS (Peşəkar Mühasib Sertifikatı) sertifikatının olması böyük üstünlükdür.
Yumşaq Bacarıqlar (Soft Skills):
Analitik düşüncə tərzi, diqqətcillik və detaylara yüksək həssaslıq.
Yüksək məsuliyyət hissəsi və komandada effektiv işləmək bacarığı.
Gərgin iş rejimində operativ və düzgün qərar qəbuletmə qabiliyyəti.
 

Əsas Vəzifə Öhdəlikləri:
·        İlkin mühasibat sənədlərinin (elektron qaimə-fakturalar, təhvil-təslim aktları, müqavilələr, bank və kassa sənədləri) qanunvericiliyə uyğunluğunu yoxlamaq və 1C proqramına dəqiq daxil etmək.
·        Əsas vəsaitlərin, azqiymətli əşyaların və mal-material qiymətlilərinin (MMQ) daxilolması, silinməsi, yenidən qiymətləndirilməsi və amortizasiyası uçotunu aparmaq.
·        Vergi, DSMF (Məcburi Dövlət Sosial Sığortası), İşsizlikdən Sığorta və Statistika hesabatlarını qanunvericiliklə müəyyən edilmiş müddətdə hazırlamaq və müvafiq dövlət orqanlarına təqdim etmək.
·        E-qaimələrin tərtib edilməsi, təsdiqi, ƏDV hesabatlarının hazırlanması və digər vergi öhdəliklərinin vaxtında icrasına nəzarət etmək.
·        Mənfəət vergisi, ödəniş mənbəyində tutulan vergi və əmlak/torpaq vergilərinin hesablanmasını və bəyan edilməsini təmin etmək.
·        Təchizatçılar, müştərilər, subpodratçılar və digər kontragentlərlə üzləşmə aktlarını mütəmadi tərtib etmək və debitor/kreditor borclarını izləmək.
·        Debitor borclarının yaşlandırılması (Aging Report) hesabatlarını hazırlamaq və vaxtı keçmiş alacaqların izlənməsini aparmaq.
·        İnternet-Banking vasitəsilə ölkədaxili və xarici valyuta ödəniş tapşırıqlarını hazırlamaq, bank əməliyyatlarını icra etmək və bank hesablarının gündəlik qalıqlarına nəzarət etmək.
·        Maliyyə və mühasibat sənədlərinin qanunvericiliyə və daxili qaydalara uyğun qaydada arxivləşdirilməsini və audit yoxlamaları üçün əlçatan olmasını təmin etmək.
·        Şirkətin daxili maliyyə prosedurlarına, daxili nəzarət qaydalarına və tətbiq olunan mühasibat standartlarına riayət etmək.
·        Birbaşa rəhbərin verdiyi digər maliyyə, vergi və mühasibatlıq tapşırıqlarını vaxtında yerinə yetirmək.
 
Müraciət Qaydaları:
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Aparıcı mühasib" qeyd etməklə [email protected] göndərmələri xahiş olunur.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2026-11-27
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:29/10/2026
Minimum 2000

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 348 vakansiyanı gör