Təchizat və təsərrüfat şöbəsi / Şöbə müdirinin müavini

Elanın vaxtı bitmişdir
995 baxış

Vəzifə öhdəlikləri:

  • DRİ-nin satınalmaları (“Dövlət satınalmaları haqqında” qanunvericilik üzrə) siyasətinin hazırlanması və həyata keçirilməsində şöbə müdirinin rəhbərliyi çərçivəsində iştirak etmək;
  • İllik satınalma planının hazırlanması və icrasının təşkilində şöbə müdirinin göstərişlərinə əsasən fəaliyyət göstərmək;
  • Satınalmaların təşkili üçün müsabiqə komissiyasının formalaşdırılması ilə bağlı təkliflər hazırlamaq və təqdim etmək;
  • Satınalmanın əsas şərtlər toplusunun hazırlanmasında iştirak etmək;
  • Keçirilmiş satınalmanın qalibi ilə müqavilələrin imzalanmasını təmin etmək;
  • Satınalma müqavilələrinin şərtlərinin icrasına nəzarət etmək;
  • Satın alınan malların, işlərin və xidmətlərin müvafiq keyfiyyət tələblərinə uyğunluğunu yoxlamaq;
  • Satınalma nəticələrinin təhlili və qiymətləndirilməsində məlumat toplamaq və hesabatların hazırlanmasında iştirak etmək;
  • Keçirilmiş satınalmalar, bağlanmış müqavilələr və icra vəziyyəti ilə bağlı məlumatları toplamaq və hesabatların hazırlanmasında iştirak etmək;
  • DRİ-nin fəaliyyət istiqamətləri üzrə satınalmalar sahəsində monitorinqlərin aparılmasında iştirak etmək;
  • DRİ-nin təsərrüfat fəaliyyəti üçün zəruri avadanlıq, material, mebel, ofis texnikası və kargüzarlıq ləvazimatlarının təmin olunmasını təşkil etmək;
  • Maddi-texniki təminat və təmir-istismar tələblərinin cari və perspektiv layihələrinin hazırlanmasında iştirak etmək;
  • Əməyin mühafizəsi üzrə standart və qaydaların tələblərinə əməl olunmasına nəzarət tədbirlərini həyata keçirmək;
  • Quraşdırmaların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət olunmasını təmin etmək;
  • DRİ-nin balansında olan nəqliyyat vasitələrinin istismarı, texniki baxışı, təmiri və ehtiyat hissələrinin alınması işlərinə nəzarət etmək;
  • İstifadədə olan iş sahələrinin, inventar və avadanlıqların səmərəli istifadə olunmasına, təmir və qorunmasına dair tədbirləri həyata keçirmək;

     

Vəzifə üzrə tələblər:

  • Müvafiq sahə üzrə (maliyyə, iqtisadiyyat və s.) ali təhsil;
  • Dövlət satınalmaları haqqında qanunvericilik üzrə biliklər;
  • etender.gov.az portalından istifadə təcrübəsi;
  • İş yükünün planlaşdırılması və prioritetlərin düzgün müəyyən edilməsi;
  • Yüksək təqdimat və hesabatlılıq bacarıqları;
  • Liderlik keyfiyyətləri və komandanı ortaq hədəflər ətrafında birləşdirmək bacarığı;
  • Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel)

     

Dövlət Radiotezliklər İdarəsi
Dövlət Radiotezliklər İdarəsi

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Digər
Son müraciət tarixi:2026-04-30
Vəzifə dərəcəsi:Menecer
Elan paylaşılıb:09/04/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 304 vakansiyanı gör