Anbardar
Vəzifə öhdəlikləri:
* Anbara daxil olan məhsul və materialların müvafiq sənədlər əsasında qəbul edilməsi, say və keyfiyyət baxımından yoxlanılması, düzgün yerləşdirilməsi və uçotunun aparılması;
* Məhsulların müvafiq saxlama şəraitinə uyğun yerləşdirilməsinin və qorunmasının təmin edilməsi;
* Məhsulların aidiyyəti bölmələrə vaxtında və düzgün şəkildə təhvil verilməsinin təşkili;
* Anbara daxil olan və anbardan çıxan məhsulların hərəkətinin qeydiyyatının aparılması və qalıqlara nəzarət edilməsi;
* Məhsulların yararlılıq müddətlərinə nəzarət edilməsi və FIFO (ilk daxil olan məhsulun ilk çıxarılması) prinsipinin tətbiqi;
* Anbar daxilində səliqə-sahmanın, nizam-intizamın və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
* Gündəlik və aylıq anbar hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
* Anbardar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi;
* Ali təhsil üstünlükdür;
* Qida məhsulları ilə iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
* Anbar uçotu və məhsulların hərəkətinin qeydiyyatı üzrə biliklər;
* Dəqiqlik, məsuliyyətlilik və operativlik;
* Komandada işləmək bacarığı.
İş şəraiti:
* İş qrafiki: 5 günlük iş həftəsi;
* İş saatları: 09:00–18:00;
* Əmək haqqı: 800–1000 AZN;
* İş yeri: Qomiqayı rma Zavodunun yaxınlığı.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Catering 145 Group
“Catering 145 Group” 2016-cı ildən etibarən korporativ qidalanma sahəsində peşəkar xidmət göstərən şirkətdir. Biz müştərilərimizə yüksək keyfiyyətli, təzə və vaxtında təqdim olunan ketrinq həlləri təqdim edirik, gündəlik minlərlə porsiya yeməyi hazırlamaq və çatdırmaq imkanına malikik. Bütün proseslərimiz beynəlxalq və "AR" qanunvericiliyində nəzərdə tutulan qida təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun şəkildə təşkil olunmuşdur. Müasir avadanlıqlar və təcrübəli heyətimiz hər zaman xidmət keyfiyyətini təmin edir. Təchizat zəncirimiz etibarlı tərəfdaşlarla işləyir və məhsullar ciddi keyfiyyət yoxlamasından keçir. Biz korporativ müəssisələr, sənaye obyektləri və müxtəlif miqyaslı təşkilatlar üçün fərdi menyu planlaması və çevik xidmət modelləri əsasında kompleks qidalanma həlləri təqdim edirik. “Catering 145 Group” etibarlılıq, keyfiyyət və davamlı inkişaf prinsiplərinə sadiq qalaraq müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir və bu yanaşma sayəsində Azərbaycan bazarında mövqeyini davamlı şəkildə gücləndirir.
CV-n bu vakansiyaya uyğundurmu?
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanın detalları
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
CV yarat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Oxşar elanlar
TIKTOK CANLI YAYIM ÜZRƏ TƏQDİMATÇİ (XANIM)
SS Estetik Group MMC
SS Estetik Group MMC
TIKTOK CANLI YAYIM ÜZRƏ TƏQDİMATÇİ (XANIM)
Maaş müzakirəyə əsasən
Topoqraf
Vakansiyalar
Vakansiyalar
Topoqraf
Maaş müzakirəyə əsasən
Yığıcı operator
"İDEAL TRADE" MMC
"İDEAL TRADE" MMC
Yığıcı operator
450
Logistika üzrə mütəxəssis / Aparıcı mütəxəssis
Vakansiyalar
Vakansiyalar
Logistika üzrə mütəxəssis / Aparıcı mütəxəssis
Maaş müzakirəyə əsasən
İnkassator - Naxçıvan RİŞ
Vakansiyalar
Vakansiyalar
İnkassator - Naxçıvan RİŞ
Maaş müzakirəyə əsasən
Satış Məsləhətçisi (Bölgələr)
İrşad
İrşad
Satış Məsləhətçisi (Bölgələr)
700 — 1800
Təmir işləri üzrə usta
Anadolu Restaurant
Anadolu Restaurant
Təmir işləri üzrə usta
1200
Paketləyici (part-time)
Vakansiyalar
Vakansiyalar
Paketləyici (part-time)
Minimum 300

