SƏTƏMM nəzarətçisi

3 baxış

PAŞA Property Management “SƏTƏMM nəzarətçisi” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

Vəzifə öhdəlikləri

  • İş yerinin sağlamlıq, təhlükəsizlik və ətraf mühit qaydalarına, standartlara və şirkət siyasətinə uyğun olmasını təmin etmək.
  • Müntəzəm risk qiymətləndirmələri aparmaq, potensial təhlükələri müəyyənləşdirmək, nəzarət tədbirləri tətbiq etmək və iş yerində riskləri azaltmaq.
  • Bütün növ qəzaları, sovuşan hadisələri araşdırmaq, kök səbəbləri müəyyənləşdirmək və gələcəkdə belə hadisələrin qarşısını almaq üçün tövsiyələr vermək.
  • İşçilərin texniki təhlükəsizlik və ətraf mühit mövzularında məlumatlılığını və səriştəsini artırmaq üçün təlimlər təşkil etmək və keçirmək.
  • İş yerinin, avadanlıqların və proseslərin təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi təhlükəsizlik yoxlamaları, auditlər və qiymətləndirmələr aparmaq.
  • SƏTƏMM üzrə prosedurları və iş təlimatları hazırlamaq və mütəmadi olaraq nəzərdən keçirmək.
  • Təxliyyə planlarının hazırlanması və mütəmadi olaraq nəzərdən keçirilməsi, təlimlərin keçirilməsi və işçi qüvvəsinin yanğınlar, kimyəvi sızmalar və təxliyələr kimi təcili hallara hazır olmasını təmin etmək.
  • İcra edilən inspeksiyaları, auditləri, hadisə araşdırmalarının nəticələrini, düzəldici tədbirlər haqqında qeydləri sistem üzərində mütəmadi olaraq yeniləmək.
  • Təhlükəsizlik performansı ilə bağlı rəhbərə hesabat vermək, tələb olunan hesabatları təqdim etmək və şirkətin SƏTƏMM mədəniyyətini inkişaf etdirmək üçün təkmilləşdirmələr təklif etmək.
  • Təhlükəsizlik performansını, problemləri və təkmilləşdirmələri müzakirə etmək üçün müvafiq maraqlı tərəflərlə müntəzəm SƏTƏMM görüşləri təşkil etmək.
  • SƏTƏMM qaydalarına önəmin nümayişi məqsədi ilə sahəyə ziyarətləri digər tərəflər ilə koordinasiya etmək və təşkil etmək.
  • SƏTƏMM mədəniyyətini təbliğ etmək və sağlamlıq və təhlükəsizliyin ortaq məsuliyyət olduğu bir mühit formalaşdırılmasında dəstək olmaq.

Tələblər

  • Bakalavr dərəcəsi;
  • Sahə üzrə minimum 8 il iş təcrübəsi;
  • NEBOSH və ya ekvivalent sertifikat;
  • ISO 45001, ISO 14001 internal auditor sertifikatı;
  • Yerli SƏTƏMM qanunları və qaydaları, eləcə də beynəlxalq SƏTƏMM standartları üzrə yüksək səviyyədə biliklər;
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları. İşçiləri SƏTƏMM mövzularında təlim keçmək bacarığı;
  • Potensial təhlükələri müəyyən etmək, hadisələri araşdırmaq və effektiv düzəldici tədbirləri müəyyən etmək üçün analitik düşünmə bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmə bacarığı;
  • İngilis dilində sərbəst ünsiyyət və yazışma bacarığı (üstünlükdür);
  • Ətraf mühit üzrə sertifikat (üstünlükdür).
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Digər
Son müraciət tarixi:2026-12-18
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:18/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 331 vakansiyanı gör