· Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, otelin xərclərinin minimuma endirilməsini, təmin etmək.
· Satıcıların qiymət təkliflərinə yenidən baxmaq və büdcə imkanları daxilində onlarla müqavilələr bağlamaq.
· Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək və danışıqları inadkarlıqla davam etdirmək.
· Malların otelə çatdırılması və otel çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək, habelə onların icrasını təmin etmək.
· Bütün sənəd və təkliflərin Siyasət və Prosedur tələblərinə uyğun olaraq səliqəli olduğunu və saxlandığını yoxlayır.
· İnformasiya və ya audit məqsədi ilə istənilən vaxt yoxlamalar üçün bütün qeydləri saxlayır.
· Müntəzəm olaraq zəif satılan/istifadə olan məhsulların siyahı/hesabatlarını təqdir edir.
· Şöbə çərçivəsində tədarük, qəbul, maddi-texniki ehtiyatların idarə edilməsi, buraxılması və təcili buraxılması kimi proseslər ilə bağlı daxili nəzarət siyasətləri və prosedurlarını müəyyən etmək, habelə onların icrasını təmin etmək.
· Təklif/kotirovkaların və təchizatçıların qiymət siyahılarının yenilənməsini və saxlanmasını təmin edir.
· Tullantılar və məhsulların korlanmasını minimuma endirmək üçün inventarların “FİFO” (“ilk daxil olan mal ilk olaraq çıxmalıdır”) prinsipinə əsasən saxlanılması və buraxılmasını təmin etmək.
· Əməliyyat ehtiyaclarını müvafiq qaydada təmin etmək və inventarların dövriyyəsini, eləcə də ərazinin qənaətcil istifadəsini (erqonomikliyi) yüksəltməklə, inventar ehtiyatlarının mümkün qədər minimal olmasını təmin etmək.
· Bütün anbar maddələrinin anbardan verilməsinə qədər fiziki olaraq cavabdehdir.
· Mühasibatlıq şöbəsi ilə hər bir müəyyən edilmiş anbar ərazisi üçün inventar balanslarında məqbul dəyişiklikləri (kənaraçıxmaları) müəyyən etmək.
· Qəbul edilmiş səviyyələrdən fərqli (yuxarı) olan dəyişikliklər haqqında Baş Menecerə xəbər vermək.
· Təchizat şöbəsinin menecer köməkçisi, Mal qəbulu işçisi, Anbaq nəzarətçisi və Xərclər üzrə mühasib ilə əlaqədə olmaq/əməkdaşlıq etmək.
· Otelin gəlir mərkəzlərinin inventar dəyərlərində hər hansı müsbət və ya neqativ dəyişikliklərin bölüşdürülməsini Mühasibatlıq şöbəsi ilə koordinasiya etmək .
· İnventar ehtiyatlarının izafi alışı və ya istehlakı haqqında şöbələrə birbaşa xəbər vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək.
· Baş Menecer və Maliyyə şöbəsinin Müdirinə hər bir şöbənin inventar və qeyri-inventar materiallarının istehlak xərcləri və nəticələri haqqında xəbər vermək.
· Statistik məlumatlar və xərclər planını təqdim etməklə, bütün proqnoz və biznes planı üzrə fəaliyyətlərə yardım etmək.
· Təchizat şöbəsi üçün biznes planının bir hissəsini təşkil edəcək illik əməliyyat büdcəsini təşkil etmək.
· Təchizat şöbəsinin bütün xərclərinə nəzarət etmək, bunlara nəzarət üçün müvafiq tədbirləri həyata keçirmək və onların icrasını təmin etmək.
· Əməliyyat standartlarının icrasını təmin etməklə, xərcləri minimuma endirmək üçün Təchizat şöbəsində ştat işçilərinin normativ sayı və əmək haqqı xərclərini planlaşdırmaq.
· Müxtəlif şöbə rəhbərlərindən bütün məhsulların və tədarüklərin spesifikasiyalarını əldə etmək və koordinasiya etmək, habelə bazar siyahıları ilə onların sənədlərini aparmaq.
· Baş aşpaz və İaşə şöbəsinin Rəhbəri ilə birgə fəaliyyət göstərərək qida və içki məmulatları üçün tədarük spesifikasiyalarını tərtib etmək.
· Anbarda saxlanılan bütün məmulatlar üçün aşağıda sadalanan kompyuter məlumatlarını tərtib edilməsi və aparılmasına görə cavabdehlik daşımaq.
ü Nominal anbarlar və təkrar sifariş məntəqələri
ü Standart sorğu adları
ü Bazar siyahısı və alış sifarişləri
ü İnventar səviyyələri
· Oteldə fəaliyyət göstərən hər bir şöbənin tələblərə, habelə müəyyən edilmiş standartlara müvafiq olaraq ən sərfəli qiymətlərlə mal və xidmətləri əldə etməsini təmin etmək.
· Təchizat şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və minimal standartlarına riayət edilməsini təmin etmək.
· Etibarlı və daimi təchizatçıları seçmək, habelə gündəlik istehsal edilən məhsullar və içkilər üçün həftəlik qiymətləri əldə etmək.
· Alış üçün ərizə Maliyyə şöbəsinin Müdiri və Baş Menecer tərəfindən təsdiq edildikdən sonra, qeyri-inventar məmulatları üçün bütün sifarişləri vermək. Qeyri-inventar məmulatları üçün bütün sifarişləri müəyyən edilmiş və yoxlanılmış nominal anbarlar və inventar səviyyələrinə əsasən yerləşdirmək.
· Kataloqlar, qiymətlərə dair istinad məlumatlarının kitabxanasını aparmaq və satınalmalar üzrə arxiv sənədlərini qoruyub saxlamaq. Tədarük sorğuları və müvafiq sənədlər ilə birgə təchizatçıların ümumi sənədlərini qoruyub saxlamaq.
· Sənaye, şirkət və otel tərəfindən tələb olunduqda, Təchizat şöbəsində baş verən hər hansı dəyişikliklərə uyğunlaşmaq.
· Şöbə rəhbərliyi səviyyəsində keçirilən və digər şöbədaxili iclaslarda iştirak edərək rəhbərlik və işçiləri bazar tendensiyaları və müxtəlif təchizat proseslərinin statusu ilə tanış etmək.
Azərimed
650 — 850
Prime Cotton
Maaş müzakirəyə əsasən
Aztelekom
Maaş müzakirəyə əsasən
Mətanət A
Maaş müzakirəyə əsasən
Unibank
Maaş müzakirəyə əsasən
Rabitəbank
Maaş müzakirəyə əsasən
Kontakt Home
500 — 800
Agrarco
Maaş müzakirəyə əsasən