Document Controller (Sənəd dövriyyəsi üzrə mütəxəssis)

Elanın vaxtı bitmişdir
1898 baxış

Renova-Aztürk MMC komandamıza qoşulacaq təcrübəli Document Controller axtarır. 
📍 İş yeri: Qəbələ (tikinti sahəsində)
🕒 Məşğulluq növü: Tam iş günü 
📄 Müqavilə: Tikinti layihəsinin sonunadək 

🔹 Vəzifə öhdəlikləri:
- Layihə üzrə daxil olan və xaric olan bütün sənədlərin və korrespondensiyanın qeydiyyatının aparılması və idarə olunması.
- Layihə reyestrlərinin (çertyojlar, RFI, MAR, transmittal) aparılması, reviziyaların və statusların izlənilməsi. 
- Sənəd dövriyyəsi sistemində (CDE) layihə sənədlərinin idarə edilməsi. 
- Sənədlərin baxılması və təsdiqlənməsi müddətlərinə nəzarət olunması. 
- Layihə və icra sənədlərinin (As-Built) arxivləşdirilməsi. 

🔹 Namizədə tələblər: 
- Müvafiq sahə üzrə ali təhsil. 
- İxtisas üzrə minimum 3 il iş təcrübəsi. 
- Otel tikintisi layihələrində, həmçinin istismara vermə və təhvil-təslim mərhələlərində iş təcrübəsinin olması arzuolunandır. 
- Azərbaycan dilini sərbəst bilmək. 
- İngilis dilini sərbəst bilmək (mütləqdir). 
- Rus dilini bilmək (arzuolunandır). 
- FIDIC standartları üzrə sənəd dövriyyəsi qaydalarını bilmək. 
- Yeganə Məlumat Mühiti / Sənəd dövriyyəsi sistemləri (CDE: Aconex və ya analoqu) ilə işləmək təcrübəsi. 

🔹 Proqram təminatı bilikləri:
- MS Office (Word, Excel, Outlook) – əla səviyyədə. 
- AutoCAD – mütləqdir. 
- Revit / BIM – arzuolunandır. 
- MS Project və ya Primavera P6 – arzuolunandır. 
- Adobe Acrobat / Bluebeam (PDF çertyojları ilə və qeydlərin aparılması) – arzuolunandır.

🔹 İş şəraiti: 
- İşə başlama: Müqavilə bağlandıqdan dərhal sonra. 
- Yaşayış yeri və nəqliyyat: Razılaşma yolu ilə. 
- Əməkhaqqı: Razılaşma yolu ilə. 

📩 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Document Controller – Qəbələ” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: 
📧 [email protected]

Renova-Aztürk MMC

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Qəbələ
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-10-13
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:06/10/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 319 vakansiyanı gör