Sətəm üzrə mütəxəssis (Qarabağ)

Elanın vaxtı bitmişdir
1476 baxış

Şirkət: AMAL Group

Vəzifə öhdəlikləri:

  • Müəssisədə əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək;
  • İşçilərin sağlam və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • SƏTƏM üzrə risklərin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi üçün təhlillər aparmaq;
  • İstehsalat qəzaları, xəsarət halları, zəhərlənmələr və digər hadisələrin araşdırılmasında iştirak etmək, aktlar tərtib etmək, hesabatlar hazırlamaq;
  • Yeni işçilərin ilkin SƏTƏM təlimatlandırılmasını və mütəmadi olaraq mövcud işçilərin yenidən təlimatlandırılmasını təşkil etmək;
  • Təhlükəli iş sahələrində SƏTƏM qaydalarının yerinə yetirilməsinə gündəlik nəzarət etmək və pozuntu halları barədə akt tərtib etmək;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və düzgün istifadəsinə nəzarət etmək;
  • Sahə üzrə plan və proqramlar (təlimat planı, yoxlama planı, risk təhlili və s.) tərtib etmək və yerinə yetirilməsinə nəzarət etmək;
  • SƏTƏM sahəsində hesabatların hazırlanması, aidiyyəti orqanlara və rəhbərliyə təqdim edilməsi;
  • Yanğın təhlükəsizliyi sistemlərinin (yanğınsöndürənlər, siqnalizasiya, çıxış yolları) vəziyyətinə nəzarət etmək və təftişlər aparmaq;
  • Ətraf mühitə təsirin minimuma endirilməsi üçün ekoloji nəzarət və tullantıların idarə olunmasına dair tədbirlər görmək;
  • Aidiyyəti dövlət qurumlarının yoxlamalarında iştirak etmək və tələb olunan sənədləri təqdim etmək. 

Müsahibə üçün müraciət ünvanı: Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus

İş qrafiki və qeydlər:

  • 6 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
  • İş stajı; 1-3 il
  • Yaş həddi: 25-55
  • Əmək haqqı: 1200 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sətəm üzrə mütəxəssis” adını qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Qubadlı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-11-15
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:23/10/2025
Minimum 1200

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör