📍Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC
Tələblər:
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sənaye mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
- Əməyin mühafizəsi sahəsində minimum 3 il iş təcrübəsi.
- NEBOSH, ISO 45001 və digər beynəlxalq sertifikatların olması üstünlükdür.
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə Excel və Word).
- Əməyin mühafizəsi norma və qaydalarını yaxşı bilmək və tətbiq edə bilmək.
- Komanda ilə işləmək, əməkdaşlıq və ünsiyyət bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.
Vəzifə Öhdəlikləri:
- Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələrin istehsalatda tətbiq olunması.
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət.
- Zədələnmə və bədbəxt hadisələrin səbəblərinin təhlili və qarşısının alınması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi.
- İş şəraitinin yaxşılaşdırılması məqsədilə kompleks planların hazırlanması və tətbiqi.
- Binanın, qurğuların və avadanlıqların texniki vəziyyətinin əməyin mühafizəsi üzrə yoxlanılmasında iştirak.
- Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün tədbirlərin görülməsində iştirak.
- Yeni işə başlayanlara giriş təlimatlarının keçirilməsi və işçilərə əməyin mühafizəsi üzrə dəstək göstərilməsi.
- Təhlükəsizlik təlimatlarının hazırlanmasında və işçilərin biliklərinin yoxlanılmasında iştirak.
- Bədbəxt hadisələrin araşdırılmasında iştirak və müvafiq hesabatların hazırlanması.
- Ərizə, şikayət və məktubların araşdırılması və lazımi tədbirlərin görülməsi.
- Mövcud forma və qaydalara uyğun hesabatların hazırlanması və təqdim edilməsi.
- Təhlükəsiz və sağlam iş şəraitinin yaradılması;
- Əməyin mühafizəsi üzrə norma, qayda və təlimatların yerinə yetirilməsi;
- İstehsalat faktorlarının (səs-küy, titrəmə, çirklənmə, tozlanma, işıqlanma və s.) ölçülməsi;
- Aspirasiya və ventilyasiya sistemlərinin düzgün işləməsi;
- Qoruyucu qurğular və fərdi mühafizə vasitələrinin vəziyyəti;
- Təlimatların vaxtında və düzgün keçirilməsi;
- İşçilərin əməyin mühafizəsi dərslərində iştirakı və attestasiyası;
- Bədbəxt hadisələrin uçotu və araşdırılması;
- İşçilərə verilən xüsusi geyim və vasitələrin qorunması, təmizlənməsi və zərərsizləşdirilməsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ayrılan vəsaitlərin düzgün xərclənməsi.
İş vaxtı:
- 5 günlük iş rejimi
- İstirahət günləri: Şənbə və Bazar günü
Əmək haqqı və üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar xidməti şirkət tərəfindən təmin edilir
- Əmək mühafizəsi, sanitar-gigiyena və digər sosial təminatlar
İş yeri: Xaçmaz rayonu
Müraciət:
Tələblərə cavab verdiyiniz halda, CV-nizi [email protected] elektron poçt ünvanına göndərə və ya Müraciət et düyməsində qeyd olunan hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində "SƏTƏM üzrə Mühəndis (Xaçmaz) - 26660" qeyd etməyiniz xahiş olunur.