Texniki Ofis Mühəndisi

38 baxış

“AZ CONSTRUCTION A” MMC tikinti layihələri üzrə komandasına texniki sənədləşmə və layihə işləri sahəsində təcrübəsi olan Texniki Ofis Mühəndisiaxtarır!

Vəzifə öhdəlikləri:

  • Tikinti işləri üzrə texniki sənədlərin, layihə çertyojlarının və iş həcmlərinin hazırlanması və yoxlanılması;
  • Görülmüş işlərin həcmlərinin ölçülməsi, ölçü cədvəllərinin və icra sənədlərinin tərtib edilməsi;
  • Materialların silinməsi və istifadəsi üzrə sənədlərin hazırlanması, faktiki sərfiyyatın yoxlanılması və nəzarətdə saxlanılması;
  • Anbar üzrə materialların mədaxil və məxaricinin, qalıqlarının və hərəkətinin izlənilməsi;
  • Smeta sənədlərinin hazırlanması, yoxlanılması və faktiki görülmüş iş həcmləri ilə müqayisə edilməsi;
  • Material sərfiyyatının smeta və layihə göstəricilərinə uyğunluğuna nəzarət;
  • Tikinti sahəsindən daxil olan məlumatların sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanması;
  • Sahə mühəndisləri, iş icraçıları, anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işin təşkili.

Namizədə tələblər:

  • Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Smeta, material sərfiyyatı, silinmə sənədləri və anbar uçotu üzrə bilik və təcrübə;
  • AutoCAD, MS Excel və MS Office proqramları ilə işləmək bacarığı;
  • Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı;
  • Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.

İş şəraiti

  • İş yeri: Xocavənd və Ağdam şəhəri
  • İş günləri: Həftənin 5 günü
  • İş saatları: 09:00–18:00
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir.
  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar və işgüzar iş mühiti

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki Ofis Mühəndisi” başlığı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

 


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Ağdam, Qarabağ, Xocavənd
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-11-21
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:26/10/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 383 vakansiyanı gör