SƏTƏM üzrə aparıcı mühəndis

Elanın vaxtı bitmişdir
946 baxış
📍El-Seym İnşaat QSC



Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində SƏTƏM fəaliyyətinə ümumi rəhbərliyin və koordinasiyanın həyata keçirilməsi;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə siyasət, prosedur və təlimatların tətbiqinə nəzarət;
  • Tikinti-quraşdırma işləri zamanı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və preventiv tədbirlərin görülməsi;
  • Qəza və insidentlərin araşdırılması, səbəblərin müəyyən edilməsi və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər planının hazırlanması;
  • İşçilər üçün giriş, ilkin, təkrar və növbədənkənar SƏTƏM təlimatlarının keçirilməsi;
  • Fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə və vəziyyətinə nəzarət;
  • Podratçı və subpodratçıların SƏTƏM fəaliyyətinin koordinasiyası və monitorinqi;
  • Dövlət qurumları və sifarişçi qarşısında SƏTƏM üzrə əsas əlaqələndirici şəxs qismində çıxış etmək;
  • Gündəlik, həftəlik və aylıq SƏTƏM hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesinə nəzarət və təlimçilərin koordinasiyası;
  • SƏTƏM üzrə daxili auditlərin təşkili və nəticələrinə nəzarət;
  • Sahədə təhlükəsiz əmək şəraitinin davamlı yaxşılaşdırılması üçün təkliflərin verilməsi.

Namizədə dair tələblər:

  • Bəy namizəd
  • İnşaat mühəndisliyi, Əməyin mühafizəsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Tikinti sahəsində minimum 3 il SƏTƏM üzrə iş təcrübəsi;
  • Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartları (ISO 45001, 14001, 20001 və s.) dərindən bilmək;
  • FHN sertifikatı mütləqdir, digər SƏTƏM sertifikatları üstünlükdür;
  • MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Liderlik, qərarvermə və məsuliyyət daşıma bacarığı;
  • Güclü ünsiyyət və koordinasiya qabiliyyəti.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Vakansiya növü: Tam ştat;
  • Əmək haqqı: Razılaşma yolu ilə.

Müraciət qaydası:

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə aparıcı mühəndis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-02-09
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:15/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör