SƏTƏM Mütəxəssisi

Elanın vaxtı bitmişdir
1281 baxış
📍Norm Logistics


Hazırda şirkətimizə SƏTƏM Mütəxəssisi vakansiyası üzrə namizəd axtarılır.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, ev.7-ci km 1

Tələblər:

  • Əməyin mühafizəsi və ya buna bənzər sahədən ali bakalavr təhsili;
  • Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
  • Davamlı inkişaf;
  • Bütövlük;
  • Əməyin Mühafizəsi ilə əlaqədar Yerli qanunvericiliyin tələbləri;
  • ISO 9001, 14001, 45001 və 50001 standartlarının tələbləri ;
  • Ətraf Mühit və Ekologiya ilə əlaqədar qaydalar;
  • Sanitariya və Gigiyena qaydaları.

Vəzifə və Öhdəliklər:

  • Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi;
  • SƏTƏM qaydaları ilə əlaqədar qanunvericilik və standartların tələblərini təşkil etmək, tətbiqinə nəzarət etmək;
  • Bütün işçilərin, podratçıların və qonaqların SƏTƏM qaydaları ilə tanış edilməsi;
  • SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqlərində və müvafiq hesabatın hazırlanmasında iştirak etmək, görüləcək tədbirlərin nəticələrinin izlənilməsi;
  • Şirkətdə SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Baş verən bədbəxt hadisələrin araşdırılması, əlaqədar sənədlərin hazırlanması və əlaqəli dövlət qurumları ilə əməkdaşlıq; Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatları; 
  • Baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabatın hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənməsi;
  • İşə icazə sisteminin tətbiqinin təmin olunması, nəzarəti və izlənməsi;
  • Fövqəladə hallar zamanı müvafiq prosedur, təlimatların tələblərinin yerinə yetirilməsini təmin etmək; Fövqəladə hallar ilə əlaqədar təlim təşkil etmək;
  • Gündəlik yoxlamalarına aparılmasına nəzarət;
  • Yanğın Təhlükəsizliyi ilə əlaqədar tələblərin yerinə yetirilməsini təmin etmək, Yanğın təhlükəsizliyi avadanlıq və alətlərin mütəmadi yoxlanılması;
  • Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi;
  • Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini;
  • Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət;
  • İllik təlim planının hazırlanması.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-02-10
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:31/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör