SƏTƏM Auditor

Elanın vaxtı bitmişdir
1239 baxış

Şirkət; Professional Real Estate Services

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün fəaliyyət sahələrində SƏTƏM tələblərinə uyğunluğun təmin olunması məqsədilə mütəmadi auditlərin aparılması;
  • Audit nəticələrinə əsasən risklərin müəyyən edilməsi, təhlili və aradan qaldırılması üzrə tədbirlər planının hazırlanması və icrasına nəzarət etmək;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ekoloji tələblər və digər müvafiq normativ sənədlərə riayət edilməsinə nəzarət etmək;
  • SƏTƏM siyasətinin və prosedurlarının şirkət daxilində düzgün tətbiqini izləmək və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və şirkətin daxili sənədlərinin müvafiq şəkildə yenilənməsini təmin etmək;
  • İş yerlərində şəraitin və avadanlıqların təhlükəsizlik səviyyəsini qiymətləndirmək, yoxlamalar aparmaq və hesabatlar tərtib etmək;
  • Qəza, hadisə və ya peşə xəstəlikləri ilə bağlı araşdırmalar aparmaq, səbəbləri müəyyənləşdirmək və təkrarlanmasının qarşısını almaq üçün tədbirlər təklif etmək;
  • SƏTƏM üzrə təlim proqramlarının hazırlanması və həyata keçirilməsi, işçilərin məlumatlandırılması və maarifləndirilməsi;
  • Müvafiq dövlət qurumları ilə (Əmək Müfəttişliyi, FHN, Ekologiya Nazirliyi və s.) əməkdaşlıq və yazışmaların aparılması;
  • SƏTƏM göstəricilərinə dair aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Layihələrin icrası zamanı podratçı və subpodratçıların SƏTƏM standartlarına uyğun fəaliyyətinə nəzarət etmək;
  • Fövqəladə hallar üçün təxliyə planlarının və təlimlərin hazırlanmasında və icrasında iştirak etmək;
  • İstehsalat ərazilərində nəzarət yoxlamaları aparmaq və pozuntular aşkarlanarsa, düzəldici tədbirlər görülməsini təmin etmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);
  • SƏTƏM-lə bağlı yerli qanunvericilik tələblərini bilməli və icra etməli;
  • İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, IOSH, COSHH, NEBOSH üzrə məlumatlılıq. Sertifikatların olması üstünlükdür;
  • Minimum 3–4 il SƏTƏM sahəsində iş təcrübəsi.

Əlavə məlumat:

  • Əmək haqqı: 1800 – 2500 AZN (net)
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş qrafiki: 5 günlük

Müraciət qaydası:

  • Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. E-məktubun mövzu hissəsində “SƏTƏM Auditoru” qeyd edilməlidir.

     
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-11-13
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:13/10/2025
1800 — 2500

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör