İş barədə məlumat
Soulmind Psixologiya Mərkəzi komandamıza Satış Koordinatoru axtarır.
- İş qrafiki: 6 gün 14:00-dan 19:00-dək və ya 10:00-dan 15:00-dək
- Əmək haqqı: Sabit maaş + satış bonusu
- Şəffaf karyera inkişafı və vəzifə yüksəlişi imkanları
- Peşəkar inkişaf və daxili təlim proqramları
- Psixologiya və insan inkişafı sahəsində fəaliyyət göstərən peşəkar komandanın üzvü olmaq imkanı
- Dinamik, dəstəkləyici və inkişafyönümlü iş mühiti
- Komanda tədbirləri, motivasiya proqramları və korporativ fəaliyyətlər
- 2 həftə sınaq müddəti tətbiq olunur
Öhdəliklər
- Soulmind-in psixoloji xidmətləri, terapiya proqramları, təlim və inkişaf məhsulları barədə potensial müştərilərə ətraflı məlumat vermək
- Daxil olan müraciətləri analiz etmək və müştərilərin ehtiyaclarına uyğun xidmətlərin təqdimatını həyata keçirmək
- Telefon, WhatsApp, e-mail və sosial media kanalları vasitəsilə daxil olan müraciətləri operativ cavablandırmaq
- Sahibkarlar, İR (HR) departamentləri və digər korporativ müştərilərlə əlaqələrin qurulması, xidmətlərin təqdimatı və tam satış prosesinin idarə edilməsi.
- Müştərilərlə görüşlər, konsultasiya zəngləri və təqdimatlar təşkil etmək
- Satış hədəflərinin yerinə yetirilməsi üçün aktiv müştəri bazası ilə işləmək
- Soyuq və İsti satışların idarə edilməsi. Potensial müştərilərlə ilkin əlaqənin yaradılması (soyuq satış) və mövcud müştəri bazası ilə münasibətlərin dərinləşdirilməsi (isti satış) vasitəsilə satış hədəflərinə çatmaq.
- Potensial müştəri bazası üzərində soyuq satış zəngləri həyata keçirmək, yeni müştərilər cəlb etmək və satış imkanlarını genişləndirmək
- Soyuq müraciətlər nəticəsində əldə olunan potensial müştərilərlə əlaqələri davam etdirmək və onları xidmət satışına yönləndirmək
- Potensial biznes tərəfdaşları, təhsil müəssisələri və digər müvafiq qurumlarla əməkdaşlıq formatlarının müəyyənləşdirilməsi və razılaşmaların (MOU) rəsmiləşdirilməsi.
- Mövcud və potensial müştərilərlə uzunmüddətli münasibətlər qurmaq
- Təhsil sərgiləri, təlimlər, seminarlar və tədbirlər zamanı mərkəzin xidmətlərini təqdim edərək şirkəti təmsil etmək.
- Satış göstəricilərinin monitorinqi və hesabatların hazırlanmasında iştirak etmək
- Psixoloqlar və digər şöbələrlə koordinasiyalı şəkildə işləmək
Tələblər
- Ali təhsil
- Satış, müştəri xidməti və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi
- Azərbaycan və Rus dillərində sərbəst danışıq-yazı bacarığı
- İngilis dili biliyi üstünlükdür
- Güclü ünsiyyət, təqdimat və satış bacarıqları
- Müştəri yönümlü və nəticə fokuslu olmaq
- Komandada işləmək bacarığı
- MS Office proqramlarında işləmək bacarığı
- Sosial media və onlayn kommunikasiya alətlərindən istifadə bacarığı
- Məsuliyyətli, operativ və təşəbbüskar olmaq
- Psixologiya, şəxsi inkişaf və insan davranışları sahəsinə maraq üstünlük hesab olunur
- Aktiv, gülərüz, pozitiv və öyrənməyə açıq olmaq
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Koordinatoru” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Soulmind Psixologiya Mərkəzi peşəkar inkişafına önəm verən, insanlarla ünsiyyətdən zövq alan və satış sahəsində karyera qurmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edir.