Satış Təmsilçisi Təcrübəçi(Bonuslu)

184 baxış

QRHesab komandamıza satış təmsilçisi təcrübəçi axtarırıq!

 

QRHesab restoranlara müştərilərin QR kod vasitəsilə menyuya baxmasına, hesabı bölüşdürməsinə və birbaşa masadan ödəniş etməsinə imkan verən rəqəmsal platformadır.

 

Komandamıza qoşulacaq təcrübəçi restoranlarla əlaqələrin qurulmasında, məhsulumuzun tanıdılmasında və yeni tərəfdaş restoranların cəlb edilməsində iştirak edəcək.

Öhdəliklər

  • Restoranlara birbaşa yaxınlaşaraq QRHesab məhsulunu təqdim etmək və üstünlüklərini izah etmək;
  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlamaq;
  • Potensial tərəfdaşlarla münasibətləri qurmaq və əməkdaşlıq prosesini izləmək;
  • Görülən işlər və satış nəticələri haqqında mütəmadi hesabat vermək.

Namizədə tələblər

  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Satış və inandırma bacarığı;
  • Təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Məsuliyyətli olmaq və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
  • İnsanlarla rahat ünsiyyət qurmaq və yeni əlaqələr yaratmaq bacarığı;
  • Komanda ilə işləmək və öyrənməyə açıq olmaq.

 

Restoran və ya HoReCa sektorunda təcrübə üstünlükdür, lakin mütləq tələb deyil. Əsas gözləntimiz satışa maraqlı, ünsiyyətcil və nəticə əldə etməyə həvəsli namizəddir.

Təcrübə proqramının şərtləri

  • Müddət: 3 ay;
  • İş formatı: Restoranlara birbaşa ziyarətlər və telefon zəngləri;
  • Təcrübə müddəti ödənişsizdir;
  • Cəlb edilən tərəfdaş restoranların sayına və nəticələrə uyğun aylıq bonus nəzərdə tutulur;
  • Real satış təcrübəsi, müştəri əlaqələrinin idarə edilməsi və startup mühitində işləmək imkanı.

Niyə QRHesab?

Bu, sadəcə təcrübə proqramı deyil. Məhsulun bazarda böyüməsində birbaşa iştirak etmək, satış strategiyasını öyrənmək və real biznes nəticələrinə töhfə vermək imkanıdır.

 

Bizə qoşul, QRHesab-ın böyüməsinin bir hissəsi ol!

QRHesab
QRHesab

QRHesab restoranlarda müştərilərə QR kod vasitəsilə menyuya baxmaq, hesabı bölüşdürmək və ödənişi birbaşa masadan həyata keçirmək imkanı verən rəqəmsal platformadır.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Sərbəst, Təcrübə, Hibrid
Ərazi:Bakı
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2026-12-07
Vəzifə dərəcəsi:Təcrübəçi
Elan paylaşılıb:24/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 328 vakansiyanı gör