B2B Satış üzrə mütəxəssis

68 baxış

Rezneed satış komandasını genişləndirir

Rezneed Azərbaycanda yaradılmış onlayn rezervasiya və biznes idarəetmə proqramıdır. Gözəllik salonları, bərbərxanalar, estetik və stomatoloji klinikalar, SPA və studiyalar rezervasiya, müştəri bazası, WhatsApp xatırlatmaları, kassa, anbar və hesabatları bir proqramda aparır. Bu gün 790-dan çox filial Rezneed-dən istifadə edir, sistemdə 240 000-dən çox rezervasiya idarə olunub. Bütün bunları 10 nəfərlik peşəkar komanda qurur və idarə edir.

Biz biznes sahibləri ilə danışmağı sevən, öyrənməyə hazır satış mütəxəssisi axtarırıq. Təcrübəniz azdırsa narahat olmayın: işin bütün incəliklərini peşəkar satış mütəxəssisi sizə yüksək səviyyədə öyrədəcək.

Vəzifələr:

  • Salon, klinika və studiyalara mütəmadi olaraq yerində görüşə getmək, Rezneed-i canlı təqdim etmək
  • Biznes sahibləri ilə telefon və WhatsApp vasitəsilə əlaqə qurmaq
  • Saytdan və sosial şəbəkələrdən gələn müraciətləri cavablandırmaq
  • Rusdilli və xarici müştərilərlə əlaqə saxlamaq
  • 45 günlük pulsuz sınaq müddətində müştəriləri izləmək və ödənişli plana keçidə kömək etmək
  • Müştəri bazasını və satış mərhələlərini CRM-də səliqəli aparmaq
  • Müştərilərdən gələn rəy və təklifləri məhsul komandasına çatdırmaq

Tələblər:

  • Ərazidə işləməyə hazır olmaq: şəhər üzrə müştərilərlə daimi görüşlərə gedə bilmək
  • Rus dilini yaxşı bilmək (xarici müştərilərlə əlaqə üçün vacibdir)
  • Azərbaycan dilində sərbəst və səliqəli ünsiyyət
  • İnsanlarla danışmaqdan çəkinməmək, “yox” cavabından ruhdan düşməmək
  • Kompüter və smartfondan rahat istifadə
  • Məsuliyyət, dəqiqlik və nəticəyə yönəlmək
  • Satış təcrübəsi üstünlükdür, amma şərt deyil

Təklif edirik:

  • Aylıq maaş 450–700 AZN
  • Performansa görə əmək haqqının sürətli artımı
  • Bütün yol və yemək xərcləri şirkət tərəfindən ödənilir
  • Peşəkar satış mütəxəssisi tərəfindən yüksək səviyyəli təlimlər
  • 10 nəfərlik peşəkar və dəstəkləyən komanda
  • Sürətlə böyüyən yerli texnologiya şirkətində karyera qurmaq imkanı

Maraqlanırsınızsa, CV-nizi “Satış üzrə mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərin.

Rezneed MMC
Rezneed MMC

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2026-12-05
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:05/11/2026
450 — 700

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 306 vakansiyanı gör