Satınalma üzrə rəhbər

Elanın vaxtı bitmişdir
579 baxış

Təsvir

İdarəetmə qurulması:

  • Şirkətin ehtiyaclarına uyğun olaraq satınalma siyasət və prosedurlarının hazırlanması, qeyri-kommersiya satınalma istiqamətində proseslərin və təsdiq addımlarının dizayn edilməsi.
  • Biznes, əməliyyatlar, hüquq, maliyyə, risk və digər əsas maraqlı tərəflərlə aktiv işləyərək səmərəli, nəzarətli və şəffaf satınalma proseslərinin qurulması, həmçinin bu proseslərin biznesin böyüməsinə uyğunlaşdırılması.
  • Umico Market-in özünün satıcı olduğu hallarda ticarət yönümlü satınalmalar üzərində ümumi nəzarət çərçivəsinin hazırlanması.
  • Satınalma təcrübələrinin PASHA Holding-in standartlarına və sahəyə uyğun tələblərə uyğun olmasını təmin etmək.

Satınalma əməliyyatlarının idarə edilməsi:

  • İllik planlaşdırma, sorğuların idarə olunması (PR/PO), təchizat, tender prosesi, müqavilələrin bağlanması, fakturaların işlənməsi, təchizatçıların idarə edilməsi və hesabatlılıq da daxil olmaqla geniş spektrdə əməliyyatların icrası.
  • Şirkətin illik satınalma planının hazırlanması və büdcə prosesinə inteqrasiyasının təşkili.
  • Təchizatçıların əvvəlcədən seçim mərhələsinə cəlb olunması imkanlarının dəyərləndirilməsi.
  • Maya dəyərinin azaldılması, keyfiyyətin yüksəldilməsi və təchizatçıların şaxələndirilməsi məqsədilə strategiyaların hazırlanması.
  • Müqavilə pozuntuları, təchizat zəncirində kəsintilər, qiymət dəyişiklikləri və digər təchizatçı risklərinin proaktiv idarə olunması.

Hesabatlılıq və performansın idarə edilməsi:

  • Satınalma effektivliyini ölçmək üçün göstəricilərin tətbiqi (xərclərə qənaət, təchizat müddəti, təchizatçı performansı, sinerji imkanlarının istifadəsi və s.).
  • Şəffaflığın təmin edilməsi və satınalma fəaliyyətləri üzrə düzgün hesabat mexanizmlərinin qurulması, təkmilləşmə imkanlarının müəyyənləşdirilməsi.

Tələb olunan kompetensiyalar:

  • Təşkilati bacarıqlar: Aydın satınalma vizyonunun qurulması, komandanın motivasiyası və məqsədlərə yönəldilməsi.
  • Dəyişikliklərin idarə olunması: Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması sahəsində təcrübə.
  • Güclü təchizat və danışıqlar bacarıqları: Təchizatçılarla münasibətlərin qurulması və sərfəli şərtlərlə razılaşmaların əldə olunması.
  • Maraqlı tərəflərlə əlaqə: Rəhbərlik və digər struktur nümayəndələri ilə effektiv ünsiyyət və fikir paylaşımı bacarığı.
  • Etik və hüquqi uyğunluq: Yüksək etik dəyərlər və peşəkar davranış prinsipləri.

 

Tələblər

  • Sahə üzrə təcrübə: Minimum 5 il satınalma və ya təchizat zənciri üzrə ümumi təcrübə (azı 3 il rəhbər vəzifədə), ayrıca vahid daxilində idarəetmə və uyğunluq üzrə təcrübə.
  • Satınalma sahəsində ixtisaslaşma: Xüsusilə qeyri-kommersiya satınalma funksiyasının qurulması və ya transformasiyası üzrə dərin praktik təcrübə. Kommersiya yönümlü satınalma təcrübəsi üstünlükdür.
  • Təchizatçıların idarə edilməsi: Sifariş, tender, müqavilələşmə daxil olmaqla bütün satınalma proseslərinə dair geniş bilik və bacarıqlar.
  • Risk və uyğunluq: Satınalma ilə bağlı risklərin və tənzimləyici tələblərin idarə edilməsi.
  • Maliyyə bilikləri: Satınalma büdcələrinin hazırlanması, xərclərə nəzarət və ümumi biznes təfəkkürü.
  • Texniki biliklər: SAP, Oracle, 1C və digər proqramlar ilə işləmək bacarığı.
  • Təhsil: Biznesin idarə olunması, təchizat zənciri və ya əlaqəli sahələr üzrə ali təhsil. Müvafiq beynəlxalq sertifikatlar (CIPS, CPSM və s.) üstünlükdür.
  • Dil bilikləri: İngilis dili mütləqdir, rus dili üstünlükdür.

İmtiyazlar

  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük
  • Tibbi Sığorta (işçini əhatə edən)
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-07-12
Vəzifə dərəcəsi:Şöbə müdiri
Elan paylaşılıb:03/06/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör